Ekstremal yaşamlar - Sid Vicious (Sex Pistols)





Sid Vicious-un həyatı "Pink Floyd"
qrupununun yaradıcısı Syd Barrett-in treyleridir. Sid Vicious daha dəqiq desək John Simon Ritchie 1957 (10 May 1957) -ci ildə London dünya gəldi. Anası Ann Randall narkotik satıcısı olduğu üçün oğluna vaxt ayırmırdı. Vaxt keçdikcə küçələrdə böyüyən Sid Vicious hər kəsə hücum edən nihilist biri idi.

O zamanlar qarşısına çıxan ən böyük şans Johnny Rotten idi.  J.Rotter dostuna "Sid" ləqəbini vermişdir. "Vicious" ləqəbi isə Lou Reed-in eyni adlı mahnısına xitaban verilmişdi. Beləliklə Sid Vicious ləqəbi ilə punk stilini təmsil edən "Sex Pistols" qrupuna daxil olur. Üsyankar Sid "The Ramones" qrupunun fanatı idi . Sid Vicious qrupa daxil olan da sadəcə 19 yaşı var idi.

                                                          

Lemmy Kilmister radio yayım da Sid Vicious -u "Necə ifadə edə bilərsiz ? " sualına belə cavab vermişdir : 

" Bir gün yanıma gəlib məndən ona bass gitar çalmağı öyrətməyimi istədi. Biz 3 gün məşq elədik və sonda dözə bilməyib "ona gitar çala bilmədiyini" - dedim. 2 ay keçmişdi və dostlarımla oturarkən bizə yaxınlaşdı və "Sex Pistols" qrupunun bass gitaristi olduğunu açıqladı. Mən isə təəccüblənərək "Axı, sən gitar çala bilmirsən"-dedim. O isə : "Aha düz deyirsən gitar çala bilmirəm. Amma mən artıq həmin qrupun gitaristiyəm..." 

                                                 

Bu zaman qrup üzvləri , əsas da J.Rotter "I hate Pink Floyd" yazılı t-shirt-ü ilə London küçələrin də gəzərək insanları qəzəbləndirirdi. Bəzilərinə görə Sid Vicious İngiltərənin "gəlmiş-getmiş ən böyük punk ikon"-unudur. Sid Vicious ərgənliyinin üstün olduğu vaxt-da bir çox insana hücum edirdi. Hətta bir gün küçə də BBC müxbirinə velosipetin zənciri ilə hücum edərək qaçmışdır. Bundan başqa dönəmin əfsanəsi "Rolling Stone" qrupunn gitaristi Keith Richards haqqında sərf etdiyi sözlərə görə bir çox Rolling Stone fanatı tərəfindən də təzyiqlərə məruz qalmışdır. Bir sözlə dönəmin də şöhrət qazanmış qruplar, şəxslər üçün işlətdikləri lazımsız sataşmalar nəticəsin də adlarını eşitdirməyi bacarmışlar. Queen qrupunun albom qeydləri zamanı studiya daxil olan Sid Vicious Freddie Mercury-ə : 


        " Baletinizi kütləyə yaya bildiniz mi ? "

- demişdir. Bundan sonra Queen qrupu ilə də araların da sərt dialoqlar keçmişdir.

                                                       

Bir radio proqramında Johnny Rotten Sid ilə necə tanış olduqlarını belə izah etmişdir :

" 1973-cü ildə sənət məktəbinə daxil olmuşdum. Sid Vicious-u burda tanıdım. Hərdən anasından narkotik alırdım. Elə həmin zamanlar onun adını sevmirdim deyə daha qısa qoymaq qərarına gəldik. Yaxşı ki, Lou Reed-in "Vicious" mahnısı arxa plan da çalırdı. Yoxsa başqa bir şey də qoya bilərdik. (gülür) O zamanlar hər kəsin saçı uzun idi. Mən də çox sıxıldım və saçımı kəsdirib yaşıl rənglətdim. Evə getdiyimdə atam məni evdən qoladı (gülür) və mən də Sid-in evinə köçdüm. "

                                               


Sid Vicious-un qısa həyatının dönüm nöqtəsidir - Nancy Spungen. Nancy Nyu-York -da yaşadığı müddət də fahişəlik edərək yaşamağa çalışan biri idi. Gənc olmağı və London-da artan imkanlar nəticəsin də bura köçmək qərarına gəlir. Hər şey Sid Vicious-un bir gün dostunu ziyarət etməsi ilə başlayır. Nancy isə 17 yaşın da problemli bir insan idi. İlk başlar da Nancy Sid Vicious-un diqqətini çəkməmişdi. Sonralar Sid Vicious-u narkotik ilə tanış edən Nancy arasında ölümlərinə səbəb olacaq sevgi başlayır. Punk axımın bünovrəsini təşkil edən "Sex Pistols" qrupu ilə Sid Vicious arasında problemlər yaranmağa başlayır və Nancy-nin təkidi ilə qrupdan ayrılan Sid Vicious solo oxumağa başlayır. Pulun, şöhrətin pik nöqtəsinə çatan Sid Vicious-un nə üçün sıradan bir fahişəni seçdiyi bütün tərəfdarları tərəfdən etiraz ilə qarşılanır. Sid Vicious isə tərəfdarlarının sərt tənqidlərinə qısa bir məktuba nə üçün Nancy-ni seçdiyini bildirir :



1. Beautiful (Gözəl)
2. Sexy (Cazibədar)
3. Beautiful figure (Gözəl bədən)
4 .Great sense of humour (Mükəmməl yumor hissi) 
5. Makes extremely interesting conversation (Həddindən artıq maraqlı söhbət etməsi)
6. Witty (Zarafatcıl)
7. Has beautiful eyes (Gözəl gözlərə sahib olması)
8. Has fab taste in clothes (İzah olunmaz geyim zövqü)
9. Has the most beautiful wet pussy in the world (Dünyadakı ən gözəl nəmli pussy-yə sahib olması)
10. Even has sexy feet (Həddindən artıq cazibədar ayaqları)
11. Is extremely smart (Çox ağıllı olması)
12. A great Hustler (Mükəmməl fırıldaqçı) 


                                                       


Qısa yaşantılarındakı atəşli sevgiləri dillər dastanı olmuşdu. Sevgiləri dillər əzbəri olan bu ikili haqqın da Alex Cox tərəfindən 1986-cı ildə "Sid and Nancy" filmi çəkildi. Hətta Gary Oldman film də özünü aşdı və tarixin ən yaxşı performans göstərən 75 aktyor-un biri seçildi. Film o dönəmi yaxşı yansıtmasa da ikili arasındakı sevgini mükəmməl göstərə bilmişdir. İki nihilist xarakter bir araya gəlmişdi. Sevgiləri bir-birilərini məhv etməyə başlamışdı. Anası eroin satıcısı olsa da Sid Vicious-u buna Nancy alət etmişdi. Bəzi rəvayətlərə görə Nancy Sid vasitəsilə istədiyi şöhrəti əldə etmişdi və Sid-dən istifadə edirdi. Filmi izləməyən biri Nancy-ni bəyənə bilər. Amma film bitdikdən sonra bir çoxunuz bu xanımdan iyrənəcəksiniz. Nancy olmasaydı 19 yaşın da şöhrət qazanmaya başlayan bir gənc bir neçə il sonra məhv olmazdı. Bir insanın yoxluqdan zirvəyə, zirvədən isə aşağı düşməsini izləyirsiz. Amma bu dəfə zirvəyə qalxmaq da , zirvədən enmək də çox tez oldu.
 

                                            

12 Oktyabr 1978, Nyu York , Chelsea Hotel . Sid Vicious və Nancy Spungen şiddətli şəkil də dava edər. Bundan sonra polislər Nancy-nin doğranmış cəsədini tapar. Təbii ki, bir nömrəli şübhəli Sid Vicious-dur. Həbs olunan Sid Vicious şokdadır. Lakin bütün iddiaları qəbul etməyən Sid Vicious Virgin record şirkətinin 50.000 $ ödəməsi nəticəsində şərtli şəkildə azad olmuşdur. Başqa bir sözlə "Sex Pistols" qrupu Sid Vicious-un həbsdən çıxmağına kömək etmişdir.
     

                                                  

Amma hələ dava bitməmişdir və Sid Vicious-un 20 il həbs yatacağı iddiaları böyükmək də idi. Sid Vicious isə depressiya düşmüşdü və heç kəslə danışmırdı. Bir gün intihara cəhd edir və uğursuz alınır. Həmin intiharı belə ifadə etmişdir.

"Bir gün insanların artıq mənə diqqət etmədiyini gördüm. Pəncərini sındırdım və şüşə qırıqları ilə özümü kəsdim. Lakin yaraların dərin olmadığını dedilər və məni yenə görməzdən gəldilər..."

Hələ şöhrətinin zirvələrin də olarkən Daily Mirrors-ın 11 İyun 1977-ci il müsahibəsin də gələcəyi haqqında belə demişdir .


" Ehtimal ki, mən 25 yaşına çatanda öləcəm. Lakin istədiyim kimi yaşayaraq öləcəm. "  ("I'll probably die by the time I reach 25. But I'll have lived the way I wanted to.")

1 Fevral 1979-cu il, Manhattan da dostunun evin də anasının köməyi ilə artıq doza alaraq intihar etmişdir. Aldığı dozanın miqdarı o qədər çox olmuşdur ki, 2 nəfəri rahatlıqla öldürə bilərdi. Öldükdən cibimdən qısa intihar məktubu çıxmışdır.

"Bizim ölüm müqaviləmiz vardı və mən hələ də sözləşməmin yarısını saxlamışam. Xahiş edirəm məni həyatımın yanına dəfn edin. Dəri pencək, cins şalvar və motosiklet ayaqqabıları ilə dəfn edin məni. Əlvida .." (We had a death pact, and I have to keep my half of the bargain. Please bury me next to my baby. Bury me in my leather jacket, jeans and motorcycle boots. Goodbye. " 


                                          


Popular posts from this blog

Yaşadığınız şəhərdə çəkilmiş əfsanəvi filmlər - Roma