Işgəncə, təcavüz, mübarizə, şöhrət - Artemsia Gentileschi
Bəlkə də bu xanım rəssamın adını
ilk dəfə eşidirsiz bəlkə də artıq çoxdandır eşitmisiz. Görəsən o dövrlər hansı xanım rəssamları tanıyırsız . Qəribə səslənsə də İtaliya tarixinin qızıl rəssamlarından biridir. Təkcə çəkdiyi şəkillər ilə deyil, həyatı ilə o dövr də qoyduğu əzmkarlıqla bir çox italyan xanımın ilham mənbəyi olmayı bacarmışdır. Artemsia Gentileschi 1593-cü ildə Roma dünyaya gəlmiş Baroque rəssamlarından biridir. Günümüz də Caravaggio axımın öndə gedən rəssamlarından biridir. Accademia di Arte del Disegno in Florence Universitetində təhsil almış ilk qadın rəssamdır.
Baroque intibah dövrü ilə klassisizm arasındakı bir dövrdür. Başlanğıc və bitmə tarixləri bəlli olmasa da fərziyyələrə görə 14-18-ci əsrləri əhatə edir. Bu axın İtaliya da yaranıb başqa sözlə Roma-da dünyaya gəlib dah sonra Avropaya və Amerikaya qədər yayılmışdır. Peter Rubens, Lorenzo Bernini, Rembrandt kimi üzvləri bu axıma aid edə bilərik.

Yuxarı da qeyd elədiyim kimi qadınların o dönəm azadlıq, əzmkarlıq simvolu kimi tanınan A.Gentileschi heç sənət məktəbinə getməmişdi. Rəsm çəkməyi rəssam atası Orazio Lomi Gentileschi öyrətmişdi. O zamanlar çılpaq rəsmləri xoş qarşılamasalar da Artemsia buna qarşı çıxmışdır və rəsmlərinin çoxu bu tərəfə yönəlmişdir. Atası tərəfindən Florensiyaya atasının rəssam dostu Agostino Tassi-nin yanına göndərilir. 19 yaşı olan Artemsia Tassi-nin təcavüzünə (rape) məruz qalır. Bundan sonra Tassi onunla evlənəcəyini deyərək rəssamdan istifadə edir. Atası Tassi-ni məhkəməyə verir, Məhkəmə 7 ay dəvam edir və bu müddət ərzində cəmiyyət tərəfdən təhqir olunur, pis görülür. İddiaları rədd etməsi üçün işgəncələrə məruz qalır. Tassi yalançı şahidlər vasitəsilə Artemsianın digər insanlar ilə də yatdığını dilə gətirib onu "alçaq xanım" kimi göstərir. Tassi məhkəmə qərarı ilə bir neçə aylıq həbs cəzası alır və Roma-ya daxil olmağı qadağan olur. Lakin bu qərar həyata keçirilmir. Psixoloji sarsıntılar keçirən Artemsia atasından ayrılır. Silahını, qəzəbini, bütün gücünü sənətə verən Artemsia dünyaca məşhur "Judith Slaying Holofernes" sənət əsərini çəkir. Bu əsər də Judith Holofernes ilə mübarizə aparmaz. Caravaggio -nun eyni əsəri isə tamam fərqli idi. (Aşağıdakı şəkildə məhz Caravaggio-nun "Judith Beheading Holofernes" əsərini görə bilərsiz) Məhkəmədən sonra Pietro Antonio Stiattesi ilə evləndirilərək Florensiyaya göndərilən Artemsia-nın bu əsəri çəkməyi əslində anlaşılandı. Rəsmdəki Holofernes-i çəkərkən və onu öldürkən ağlında Tassi-ni canlandırmışdır. Rəssam, Judith rolunda isə özünü çəkir. Bu əsər çəkildiyində çox səs-küyə səbəb olur və Tassi hörmətini itirir. Bir sözlə Artemsia məhkəmə vasitəsilə ala bilmədiyi intiqamı almağı bacarmışdı.
Bu hadisədən sonra atası Orazio bir daha qızını görmür və iş təklifləri almadıqları üçün kiçik qəsəbələrə gedərək iş fəaliyyətini buralar da dəvam etdirir. Judith və Holofernes isə Bibliyadan götürülmüş bir rəvayətdir. Belə ki, Bethulia şəhəri Holofernes ordusu tərəfindən əsarətə alınmışdır. Judith köməkçisi Abra vasitəsilə Holofernes ilə danışıqlar aparmağa gedər və gedərkən çox gözəl geyinmişdir. Holofernes-in diqqətini çəkməyi bacarır və həmin gecə ziyafət olar. Çox içmiş Holofernes yuxuya gedər və Judith bundan istifadə edərək onun başını kəsər və əsgərlərinin qarşısına atar. Bunun sayəsində şəhər əsarətdən qurtular və Judith qəhrəman elan edilər. "Judith Beheading Holofernes" əsəri Roma-nın "Galleria Nazionale d'Arte Antica" muzeyində, "Judith Slaying Holofernes" əsəri isə Napoli şəhərinin "Museo di Capodimonte" muzeyində saxlanılır. İstəyənlər ziyarət edə bilər.

Rəssam 1609-cu ildə "Madonna and Child" əsərini çəkir və söyləntilərə görə bu əsəri atasına yollayır. Əsərdə hər iki personaj da özünü təsvir edir. Bu zaman çərçivəsində Galileo kimi sənətkarlar ilə dostluq münasibətləri qurur. Lakin istedadsız və qumar oynayan rəssam həyat yoldaşına görə xoşbəxt olmağı bacarmır.
Artemsia Gentileschi ilə tanış olmağıma səbəb olan sənət əsəri məhz "Suzanne and the Elders" əsəridir. Hekayəni bilmədən ilk baxış da çox da diqqət çəkməyə bilər. Amma əsər qadın kimi özünü , atası Orazio-nu və həyatının dəyişməsinə səbəb olan Tassi-ni təsvir etmişdir. Əsər Almaniyanın Pommersfelden adlı bölgəsində saxlanılır. Zəngin bir tacirin həyat yoldaşı olan Suzanne evinin baxçasında yaşlı iki nəfər tərəfindən təcavüzə məruz qalır. Lakin o zaman həmin 2 şəxs Suzanne-nın fahişəlik etdiyini söyləyərək polisə xəbər verir və o vaxtın qanunlarına görə Suzanne ölümə məhkum edilir. Araya Daniel adın da bir şəxs girər və gərçəkləri ortaya çıxarar. Bu sənət əsərində Artemsia yarıçılpaq qadının üzərinə gələn yaşlı 2 adamdan necə qorxduğunu, iyrəndiyini göstərməyə çalışar.
"Atam (Orazio) Caravaggio-nun Judith əsərini mənə göstərdiyindən peşman olduğumu xatırlayıram. Bir adamın başını kəsərkən çox passiv görünürdü. Caravaggio, bütün hissləri adamın üzərində cəmləmişdi. Mən qadının düşüncələrini rəsmə tökmək istəyirdim. Təbii ki, belə bir şey mümkündüsə...Qaranlıqla, fokuslanaraq, əzmlə..."

Rəssam 1620-ci ildə Florensiyanı tərk edir və atası ilə görüşür. Bu ərəfələrdə Venice, Genoa və Roma şəhərlərin də işləyir. Bu zamanla Ispaniya kralı IV Felipe üçün də işləyib. 1638-ci ildə atası ilə London-a köçür və I Charles üçün işləməyə başlayır. Şöhrətinə şöhrət qatan Artemsia 1639-cu ildə atasını itirir və 1641-ci ildə vətədaş müharibə nəticəsin də buranı tərk edir. Yuxarıdakı əsər "Venus and Cupid" adlanır. Hal-hazırda Amerikanın "Virginia Museum of Fine Arts" muzeyində saxlanılır. Bu əsəri , rəssam, 1625-27 ci illərdə çəkmişdir. Şəkildə Venus çılpaq və oğlu Cupid təsvir edilmişdir.
Artemsia 1656-cı ildə Napolidə vəfat edir. Öldükdən sonra haqqında yazılmış bir neçə kitab yazılır və çoxunda fahişə kimi qələmə alınır. Lakin bu kitabların heç birində əsərləri barəsində danışılmaması da başqa gülməli faktor kimi tarixə düşmüşdür. Sonrakı dönəmlər də yavaş-yavaş yaddan çıxan rəssamın bütün əsərləri də atası Orazio-nun adı ilə tanıdılmağa çalışılmışdır. Lakin daha sonra feminist qrupların sayəsində yazmış olduğu məktublar ortaya çıxır və şöhrətini əldə etməyi bacarır. Rəssamın 34 sənət əsəri çəkdiyi bəlli olur. Rəssam haqqında fransız rejissor Agnes Merlet tərəfindən çəkilmiş "Artemsia"(1997) filmi də bir çox səs-küyə səbəb olmuşdur. Belə ki, rejissor Tassi və Artemsia arasındakı münasibəti romantik sevgi hekayəsi kimi təsvir olunmuşdur.


