Kino tarixinin ən yaxşı rejissorlarından - İngmar Bergman
İsveç valyutasına şəkli vurulmuş kino tarixinin ən yaxşı rejissorlarından biridir. Həyatı boyunca teatr ilə maraqlandığı üçün filmlərində əsasən teatr ab-havası hiss edilib. Qatı xristian ailəsində doğulsa da filmlərində əsasən din anlayışını tənqid edib. Bir neçə xanımla evlənsə də bunların ən uğurlusu və sonuncusu Liv Ullmann olub. Filmlərində isə əsasən bu xanıma rollar verib. Lakin filmlərinin mövzusu o qədər mükəmməl səviyyədə olub ki, aktyorluq ikinci planda qalıb hər dəfə. Həmçinin ədəbiyyatı filmlərə gətirdiyi üçün hər zaman isveç yazıçılar tərəfindən alqışlanıb və dəstəklənib. Çəkmiş olduğu filmləri əsasən 5 perioda bölmək olar. 1-ci period bu dönəm filmlərində əsasən ıı dünya müharibəsindən sonra isveçdə artmaqda olan intiharlar və dini ənənələrə vurulan zərbələr ələ alınır. 1. Kris (1946) - Çöküş mənasında gələn bu film İngmar Bergmanın rejissor kimi ilk işidir. Nelly adında qız onu qoruyan anası ilə xoşbəxt bir həyat k...