Posts

Castle Rock [serial analizi; I-IV hissələr]

Image
  The Handmaid's Tale serialı ilə adından bir xeyli söz etdirən hulu, bu dəfə Castle Rock təqdimatı ilə hər kəsi həyəcanlandırmağı bacarmışdı. Çünki serialın yaradıcıları Lost serialından tanıdığımız J.J. Abrams və psixoloji-qorxu janrı deyildikdə ağla gələn ilk isimlərdən olan Stephan King'dir. Serial Stephan King'in "Cujo", "The Dark Half" və "Needful Things" adlı kitabları eləcə də digər qısa hekayələri əsasında ssenariləşdirilmişdir. Lakin bu ikilinin ortaq olaraq mənfi cəhətləri uğursuz sonluqlar çəkmələridir. Hulu telekanalı və ssenaristlərin verdiyi məlumata əsasən Castle Rock hər mövsüm fərqli hekayələrdən bəhs edəcək. Lakin ilk mövsüm bir çox sualı gerisində buraxaraq finala çıxdı və buna görə də serial bir çox izləyicidən mənfi rəy almışdır.   Moonlight filmindən tanıdığımız André Holland (Henry Deaver), IT filmindən tanıdığımız Bill Skarsgård və 6 Oskar nominasiyalı Sissy Spacek (Ruth) yer aldığı serial Castle Rock adlı qəsəbəd

Yaşadığınız şəhərdə çəkilmiş əfsanəvi filmlər - Roma

Image
Salam  , əziz oxucularımız,  sizi bu dəfə yaşadığınız şəhərlər də çəkilmiş əfsanəvi filmlər ilə tanış etmək istəyirik. Yeni başlıq da ilk dayanacaq Roma-dır.  Fedirico Fellini, Michelangelo Antonioni, Bernardo Bertolucci, Vittorio De Sica, Luchino Visconti  və saymaqla bitməyəcək əfsanəvi rejissorların , o cümlədən yaşadığım şəhər olan Roma-nı ilk dayanacaq seçməyim məhz buna görədir. Sizə bu başlıq altında bir çox film haqqında ətraflı məlumat vermək istərdim. Amma vaxt məhdudiyyəti və bəzi şəxsi nüanslara görə sizə başlanğıc olaraq 4 filmi təqdim edəcəm. Sözü çox uzatmadan ilk film ilə başlamaq istəyirəm. An American in Rome  ( 1954 ) Orijinal adı :  Un Americano a Roma Rejissor :  Steno İMDb xalı :  7.1 Yazarın dəyərləndirməsi :  7.5 Əslində Roma-nı səyahət etməyən insan üçün bu film sıradan gələ bilər. Çünki filmin İMDb xalı ortadır və az insan tərəfindən tanınmaqdadır. Lakin bu film istər italyanlar üçün istərsə də amerikanlılar üçün çox məşhurdur.  Yəqin ki,

Kino tarixinin ən yaxşı rejissorlarından - İngmar Bergman

Image
İsveç valyutasına şəkli vurulmuş kino tarixinin ən yaxşı rejissorlarından biridir. Həyatı boyunca teatr ilə maraqlandığı üçün filmlərində əsasən teatr ab-havası hiss edilib. Qatı xristian ailəsində doğulsa da filmlərində əsasən din anlayışını tənqid edib. Bir neçə xanımla evlənsə də bunların ən uğurlusu və sonuncusu Liv Ullmann olub. Filmlərində isə əsasən bu xanıma rollar verib. Lakin filmlərinin mövzusu o qədər mükəmməl səviyyədə olub ki, aktyorluq ikinci planda qalıb hər dəfə. Həmçinin ədəbiyyatı filmlərə gətirdiyi üçün hər zaman isveç yazıçılar tərəfindən alqışlanıb və dəstəklənib. Çəkmiş olduğu filmləri əsasən 5 perioda bölmək olar.  1-ci period  bu dönəm filmlərində əsasən ıı dünya müharibəsindən sonra isveçdə artmaqda olan intiharlar və dini ənənələrə vurulan zərbələr ələ alınır.  1. Kris (1946) - Çöküş mənasında gələn bu film İngmar Bergmanın rejissor kimi ilk işidir. Nelly adında qız onu qoruyan anası ilə xoşbəxt bir həyat keçirir lakin anidən