Hər saniyə ölümə daha da yaxınlaşmaq - Ian Curtis
İtib gedən insanlardan biridir..
Yalqız mı ? Yalqızdı indi qəbrində
Bir də tənhalığı məndən soruşun ! "
Woodsworth, Ginsberg, Burroughs kimi şairləri oxuyaraq böyüdü. Lou Reed, Doors dinləyərək yetişdi. Sex Pistol ilham mənbəyi oldu. Öldüyündə bir qəpiyi yox idi. Şöhrəti də yox idi. O qədər yalnız idi ki, intihar etdiyində dostları belə getməmişdi yanına. 1980-ci ildə özünü asaraq öldürdü və geriyə sadəcə bir not yazdı :
" Əslində çoxdan ölməyi arzulayardım. Artıq heç bir şeyə hakim ola bilmirəm. "
Öldüyündə 23 yaşı var idi və bu onun 3-cü cəhdi idi. Sonunda uğurlu oldu. Bizə sadəcə yazmış olduğu bir neçə mahnı və konsertlərdə etdiyi danslarını qoydu və ayrıldı. Deyəsən bu dəfə irəlidən başladım. Qayıdaq əvvələ...

İan Kevin Curtis 1956-cı ildə Manchester-da dünyaya gəlmişdi. Red yoxsa Blue ? Əlbəttə ki, blue! (Futbol ilə maraqlanmayanlar üçün onu deyim ki, İan Curtis Mancester City digər sözlə Blue tərəfdarı idi) Uşaqlığını Hurdsfield və Macclesfield -da keçirdi. Özünə qapalı olan İan Curtis ilk sevgisi Debbie (Deborah) ilə burda tanış olur. Hələ 11 yaşında Macclesfield -da King's College-dan təqaüd qazanmağı bacarır. David Bowie, Iggy Pop və Velvel Underground həyatının yaşam mənbəyi olur. İan Curtis hələ məktəbdə olarkən Deborah Woodruffe aşiq olur və bu cütlük çox gənc yaşda evlənmə qərarı alır. 1975-ci ildə evlənən İan Curtis bu evliliyin səhv olduğunu zaman keçdikcə anlayır.
Hər şey, İngiltərinin şimalında mədəniyyətin mərkəzi sayılan Manchester-da Sex Pistols-un 1976-cı ildə ki konserti ilə başladı. Səhnədə hər şeyə və hər kəsə təhqir edən Johnny Rotten və dostları 20 yaşındakı Bernard Summer-ə ilham verir.

"Ümid edirəm bu gecə evə getdiyinizdə ananızın hər hansı bir küncdə gizlətdiyi bütün pulu oğurlayıb, sabah özünüzə bir gitar alaraq bir qrup yarada bilərsiz..."
Bu sözlərdən ilhamlanaraq qrup yaradan bir neçə qrupdan biri idilər onlar. Bernard Summer, Peter Hook, Stephen Morris, İan Curtis səhərisi gün "Warsaw" adlı qrupu yaradır. İan Curtis yazdığı ilk mahnı ilə dünyaya gözlərini açır. Sonra yazmış olduğu hər mahnı ilə ölümə bir addım da yaxınlaşdı. Ölümə sakitcə yaxınlaşdı və "The Eternal" mahnısı ilə öldü. Bu ruhunun ölümü idi. Curtis xoşbəxt deyildi. Bir tərəfdən Debbie qarşı azalan sevgisi , digər tərəfdən isə həyatını məhv edən epilepsiya. Aldığı dərmanlar yan təsirini göstərirdi və artıq içkiyə başlamışdı.Artıq mahnı söylərkən belə xoşbəxt deyildi. Çıxdığı hər səhnədə qəribə dans edirdi. Bunun səbəbi əslində baş verən epilepsiya ataklarının qarşısını almaq idi. Yenə qabağa getdim. Qayıdaq "Warsaw" vaxtlarına...
Yalan danışmağı xoşlamayan və hər zaman incitsə də doğruları deməyi sevən biri idi. Qarşındakı insanlardan da bunu gözləyirdi. Bir gün müsahibəsində David Bowie -nin həyatına nə qədər təsir edib-edilmədiyi haqqında sual verilir. İan Curtis :
"David Bowie mənim üçün iki üzlü biridir. Ona nifrət edirəm. Çünki "All the Young Dudes" mahnısın da insanların 25 yaşına çatmadan intihar etməsini söyləyib. Lakin hal-hazırda özü 25 yaşını keçib və hələ də həyatdadır.."
"Warsaw" qrupu maddi sıxıntılar yaşayır. Çətinliklə tapdıqları 400 pound ilə səsyazma studiyasına gedirlər və qrupun adı "Joy Division" olaraq dəyişdirilir. "Joy Division" o zamanlar alman faşistlərin qadınlara işgəncə etdiyi və onlarla birlik də olduğu fahişəxanaya deyilirdi. Məhz qrupun adına görə bir neçə dəfə konsertlərində dava çıxmışdır.
1979-cu ildə qrup "Unknown Pleasures" adlı ilk albomunu satışa çıxarmağı bacarmışdır. Albom mükəmməl təsir bağışlayır və bir anda tanınmağa başlayan qrupu artıq hər kəs səhnədə onları görmək istəyir. Amma İan Curtis xoşbəxt deyildir. Həmin il Natalie adlı qızı dünyaya gəlir. Xəstəliyi günü-gündən artmağa başlayan İan Curtis bir gün onlardan müsahibə almağa gələn belçikalı jurnalist Annik Honore aşiq olur. Bir tərəfdən gənc yaşda etdiyi yanlış evliliyin peşmanlığını yaşayan İan Curtis digər tərəfdən də Annikə olan sevgisini gizlədə bilmir.
Annik Honore : "Ian.."
İan Curtis " Hmm...?"
Annik Honore: "I'm a little scared."
Ian Curtis : " Scared of what ?"
Annik Honore : " Scared of falling in love with you."
Anton Corbijn tərəfindən haqqında "Control" (2007) filmi çəkildi. Bir çox film festivalında diqqəti çəkməyi bacaran kino Kann Film Festivalında həmin ilin açılış filmi oldu. Film İan Curtisin həyat yoldaşı Debbie Curtisin "Touching From A Distance" adlı kitabı əsasında çəkilmişdir. Rejissor 1988-ci ildə qrupun "Atmosphere" adlı mahnısı üçün də klip çəkmişdir. Bundan başqa filmi ərsəyə gətirmək üçün 4.5 milyon pound öz cibindən xərcləmişdir.

İan iki qadın arasında qalmışdı. Yaşamaq arzusu getdikcə azalan İan Curtis həyat yoldaşı ilə boşanmaq nöqtəsinə gəlib çıxmışdı. Artıq onun üçün çıxış yolu görünmürdü. Bu ərəfələrdə aşiq olduğu Annik Honore üçün "Love Will Tear Us Apart" mahnısını yazır. Bu mahnı 1980-ci idlə çıxacaq olan "Closer" albomu üçün yazılmışdı. Donnie Darko filminə baxanlar üçün çox tanış bir mahnıdır. Bundan başqa bir çox rock qrupu tərəfindən cover-lansada . Heç biri Joy Division qədər mükəmməl effektə sahib deyildi. Çünki öz səsi ilə bizə lazımı hissləri keçirə bilmişdi. Bəlkə də sevgi haqqında yazılmış ən yaxşı mahnılardan biridir. Fikrimcə mahnı ən yaxşı Nouvelle Vague tərəfindən səsləndirilib.
"Həyata başqa baxış nöqtəsi ilə baxdığın zaman çox keçməmiş boğulub ölərsən..."
Ian Curtisin ən sevimli filmi "The Sound of Music" (1965) idi. Filmdəki kimi xoş, sakit, hər şeydən uzaq bir həyat istəyirdi. Amma olmadı. O gecə evə gəlir və Iggy Pop "The Idiot" albomunu dinləyir. "The Control" (2007) filminin final səhnəsində yəqin ki, həmin gecəni görmüsüz. İçki qarşısında Werner Herzog-un "Stroszek" (1977) filmini izləməyə başlayır. Film həbsdən çıxmış bir musiqiçinin Amerikaya getməsindən danışırdı. Özünə yeni bir həyat qurmaq istəyən musiqiçi sonra intihar etmişdi. İan Curtis intihar etməsəydi qrup Amerikaya getməyə hazırlanırdı və bir neçə aya qrupun ikinci albomu "Closer"(1980) işıq üzü görəcəkdi. "24 Hour Party People" (2002) filmində "rock musiqisinin che guevera"-sı kimi bəhs edilir haqqında.
Tony Wilson (Radio aparıcısı) :
" Punk-rock musiqisinin yeni axınları idi və bütün qruplar insanları təhqir , təhdid edib və biz belə edərik söylədiyi bir vaxt İan Curtis və qrupu səhnəyə çıxaraq "we're fucked" dedi. Çox insan təəccüblənmişdi. Onlar bu axını dəyişdirməyi bacardı.."
Və Son...Gördüyünüz İan Curtisin son şəkli 13 May 1980-ci ildə yəni ölməmişdən beş gün əvvəl qızı Natalie ilə çəkilmişdir. Gözlərinin içinə diqqətlə baxdıqda çəkdiyi əziyyətləri çox rahatlıqla görmək olur. Bəli, gördüyünüz bu üz özünü evinin mətbəxində beş gün sonra asaraq öldürmüşdür...Özünü asdığı ev 2002-ci ildə 64950 pounda satılmışdır...