Dogtooth (Köpək Dişi) Filminin Analizi
Son zamanlarda çəkilmiş ən diqqətçəkici, qışqırdıcı, şok edici filmdir. Yunanıstan kinematoqrafiyasının son illərdə çəkmiş olduğu və adından yetəri qədər söz edilən bir filmdir.Yunanların Iphigenia (1977) filmindən sonra "ən yaxşı xarici dildə film" kateqoriyasında Oskarda namizəd olmuşdur. Həmçinin Cannes film festivalında "certain regard" mükafatını qazanmışdır. Trier , Haneke kimi ssenarist və rejissorların filmlərini bəyənmirsinizsə, bu filmə baxmağı tövsiyyə etmirəm.Film Trier-in " Antichrist " filmindəki kimi hər şeydən uzaqlaşmış, bir kənarda öz vəhşi dünyasını yaratmış ata və əhilləşdirməyə çalışdığı ailəsi haqqındadır. Ata uşaqların normal dünya ilə əlaqəsini tamamilə bağlamışdır. Müəyyən vaxtlarda həyətdə oynamalarına icazə verilsə də, hər hansı bir səhvə görə cəzalanırdırılırlar. Filmdə bizə uşaqlıqdan bəri öz qayda-qanunları ilə böyüdən valideynlərin uşaqlar üzərindəki təsiri göstərilir. Valideynlər , onların sözünə baxan...