Nirvana olmaq - Kurt Cobain

Gözlərini 1967-ci ilin soyuq qış günündə Washington-da az təminatlı bir ailənin uşağı kimi açan Kurt Cobain, ailəsinə hədsiz dərəcədə bağlı biridir. O, səkkiz yaşında ana və atasının boşanması səbəbi ilə böyük sarsıntı keçirir və bu hadisə bütün həyatına təsir edir. O zamanlar sadəcə "The Beatles" qrupunu dinləyən Kurt zamanla Led Zeppelin, Sex Pistols, The Melvins kimi qrupların mahnılarını dinləyərək gitaraya böyük bir maraq sarmışdı. Heç təəccüblü olmayacaq çünki 12 yaşında əmisi vasitəsilə ilk gitarını əlinə alır və qısa ömrünə həddindən artıq albom, konsert, şöhrət sığdırmağı bacarır. Forbes jurnalına görə "həyat da olmayan milyonerlər" sıralamasında ilk yerdə qərarlaşıb.
" Heç bir zaman mahnı oxumaq istəmədim. Lead guitar çalmaq istədim , səhnənin arxasında gizlənmək və sadəcə çalmaq..."
Gününün çox vaxtını kitabxana da ədəbiyyat kitabları oxuyaraq keçirən Kurt Cobain "Nirvana" qrupunun bəzi mahnı sözlərini hələ qrupu qurmamışdan əvvəl yazmışdı. Kurt Cobain-in qısa ömrünün ən böyük təməli məhz məktəb illərin də atılır və narkotik ilə tanış olur. Narkotik aludəçisinə dönən K.Cobain nə qədər çalışsa da istifadəni buraxa bilmir.
O, 1985-ci ildə Dale Crover ilə birlikdə "Fecal Matter" adlı qrupu yaradıb ilk demo səsləndirməsini bu zaman həyata keçirir. "Nirvana" qrupunu qurmazdan əvvəl bir neçə qrup qurma cəhdi uğursuz keçən Cobain punk musiqisi üzrə istedadı olduğunu düşündüyü dostunu çətinliklə razı salmış və 1987-ci ildə həyatının dönüm nöqtəsi olan "Nirvana" qrupunu dostu Krist Novoselic ilə qurmuşdur. K.Cobain bir gün dostu Krist Novoselic ilə Aberdeen küçələrin də gəzişərkən bir bankın aynasına "Homosexsual Sex Ruler" yazmışdı və polis tərəfindən tutuqlanmışdı. Lakin 180$ qarşılığında azadlığa buraxılmışdı.
"Punk musiqisi azadlıqdır. İstədiyini söyləmək, istədiyini eləmək və istədiyini çalmaqdır. Nirvana sözü də xarici dünyanın ağrısından xilas olmaq mənasına gəlir..."
İlk single mahnıları "Love Buzz/Big Cheese" adını daşıyırdı. Bundan sonra bir çox baraban (drummer) çalan ilə işləsələr də sonda bu boşluğu Chad Channing ilə doldurmağı bacarırlar. C.Channing-in qrupa daxil olması ilə 606.0 $ xərcləyərək ilk albomları olan "Bleach" işıq üzünə çıxarmağı bacarırlar. Lakin albom xərcləri kifayət etmədiyi üçün bücdə Chad Channing tərəfindən qarşılanır. Əfsuslar olsun ki, istəniləni verə bilməyən qrup C.Channing ilə yollarını ayırmaq qərarına gəlir və onu Dave Grohl əvəz edir.
Kurt Cobain, bir gün mühsaibələrinin birin də "Black Jam" qrupunun qurucusu və vokalı Eddie Vedder ilə bir neçə dəfə telefonla danışdığını və yaxşı biri olduğunu dilə gətirir. Sadəcə mahnılarına nifrət bəslədiyini söyləyir.

Və booooom. Qrup 1991-ci ildə onları tanıdan və bir çox charts-da ilk sıraları almasına səbəb olan "Nevermind" adlı ikinci albomunu satışa buraxır. Albomun işıq üzü görməsin də "Geffen Records" studiyasının da böyük rolu olur. Albomdakı "Smells Like Teen Spirit" uzun müddət mahnı siyahılarında ilk nömrə olmağı bacarır və albom Amerika sərhədlərin də 5 milyondan çox satış edir. (Albomun indiyədək satışı sadəcə Amerikada 50 milyon dollar gəlir əldə etmişdir) Albomdakı digər mahnılardan olan "Something In the Way" mahnısını isə evdən ayrıldığı müddət də arada bir sabahladığı körpüyə xitabən yazmışdır.
Albomun üzü olan Spencer Elden o zamanlar uşaq olduğundan Kurt Cobain böyüyən də ona ziyafət edəcəyini bildirir və çəkiliş üçün uşağın ailəsinə 200$ ödəyir.

Emosional yöndən çox həssas olan Kurt Cobain artıq bu şöhrəti qaldırmaq da çətinlik çəkir. Hətta bir gün radio yayımda :
İlk single mahnıları "Love Buzz/Big Cheese" adını daşıyırdı. Bundan sonra bir çox baraban (drummer) çalan ilə işləsələr də sonda bu boşluğu Chad Channing ilə doldurmağı bacarırlar. C.Channing-in qrupa daxil olması ilə 606.0 $ xərcləyərək ilk albomları olan "Bleach" işıq üzünə çıxarmağı bacarırlar. Lakin albom xərcləri kifayət etmədiyi üçün bücdə Chad Channing tərəfindən qarşılanır. Əfsuslar olsun ki, istəniləni verə bilməyən qrup C.Channing ilə yollarını ayırmaq qərarına gəlir və onu Dave Grohl əvəz edir.
Kurt Cobain, bir gün mühsaibələrinin birin də "Black Jam" qrupunun qurucusu və vokalı Eddie Vedder ilə bir neçə dəfə telefonla danışdığını və yaxşı biri olduğunu dilə gətirir. Sadəcə mahnılarına nifrət bəslədiyini söyləyir.

Və booooom. Qrup 1991-ci ildə onları tanıdan və bir çox charts-da ilk sıraları almasına səbəb olan "Nevermind" adlı ikinci albomunu satışa buraxır. Albomun işıq üzü görməsin də "Geffen Records" studiyasının da böyük rolu olur. Albomdakı "Smells Like Teen Spirit" uzun müddət mahnı siyahılarında ilk nömrə olmağı bacarır və albom Amerika sərhədlərin də 5 milyondan çox satış edir. (Albomun indiyədək satışı sadəcə Amerikada 50 milyon dollar gəlir əldə etmişdir) Albomdakı digər mahnılardan olan "Something In the Way" mahnısını isə evdən ayrıldığı müddət də arada bir sabahladığı körpüyə xitabən yazmışdır.
Albomun üzü olan Spencer Elden o zamanlar uşaq olduğundan Kurt Cobain böyüyən də ona ziyafət edəcəyini bildirir və çəkiliş üçün uşağın ailəsinə 200$ ödəyir.
"Nevermind albomunu nə zaman dinləsəm bunu ərsəyə gətirənlərə nifrət edirəm. Halbuki bu albom da tam olaraq izah edə bilmədiyim bir şey var ; boş-boş ağlamağıma səbəb olan bir şey..."

Emosional yöndən çox həssas olan Kurt Cobain artıq bu şöhrəti qaldırmaq da çətinlik çəkir. Hətta bir gün radio yayımda :
"Şöhrət və uğurun artıq öhdəsindən gələ bilmirəm. "Rock ulduz"luğuna giriş dərsi keçirilsəydi kurslar da iştirak etmək istərdim..."
Gitar çalmaq və həmin mahnıları söyləmək mükəmməl idi. Amma mən şöhrət olmaq istəmirdim. İnsanların həddindən artıq mənə maraq göstərməyi məni qorxudur və çox mənasız gəlir.
Gitar çalmaq və həmin mahnıları söyləmək mükəmməl idi. Amma mən şöhrət olmaq istəmirdim. İnsanların həddindən artıq mənə maraq göstərməyi məni qorxudur və çox mənasız gəlir.
Bu dönəmlərdə şiddətli mədə ağrıları ilə mübarizə aparan, əfsanə, artıq bu ağrılarla və şöhrət səbəbi ilə düşdüyü "overstress" -ə tab gətirə bilmir və bunlardan yaxa qurtarmaq üçün heroinə müraciət edir. Qrup üzvləri Dave və Krist narkotikə qarşı olduqları üçün bu halı xoş qarşılamırlar və bu səbəbdən aralarında tez-tez şiddətli mübahisələr olur.
Bir gün Roma konsertin də Kurt Cobain isteriya (hysterics) keçirir və öz hakimiyyətini itirən Cobain mahnı çalmağı yarıda buraxır və işıq lampalarına tutunaraq yuxarı çıxır. İnsanları həddindən artıq çox qorxuya salan Cobain bir neçə dəqiqədən sonra razı salınıb aşağı enir. Digər konsertlərinin birində isə:
"Əgər homofobik, irqçi, cinsiyyətçi bir sözlə götün birisinizsə , konsertimizi dərhal tərk edin və bir daha CD-lərimizi almayın. Məni sevdiyiniz mənim vecimə deyil, mən sizə nifrət edirəm..."
Kurt Cobain 1989-cu ildə Avropa turuna çıxdığı konsert zəncirin də Courtney Love ilə tanış olur. Bu tanışlıqdan sonra Kurt Cobain onu heç vaxt buraxmır və aralarındakı münasibət 1991-ci ildə başlayır. Əslində C.Love mükəmməl uşaqlıq keçirməmişdi və hətta uşaqlığı problemlərlə dolu idi. 16 yaşında tək yaşımaq üçün evi tərk edir və ayaq da durmaq üçün gecə klubların da striptizçi kimi işləyir. "Nirvana" qrupunun 1992-ci il Avstraliya konsertindən əvvəl ikili Hawaii-də Waikiki plajın da evlənir. Eyni ildə cütlüyün Frances Bean adlı qız uşağı dünyaya gəlir. Həyat yoldaşının hələ hamilə olduğunu eşitdiyi bir dönəm də heroini atmaq məqsədilə müalicəyə başlayır. Lakin bu cəhdi uğursuz olur.
"Uşaq sahibi olmaqdan daha gözəl bir şey yoxdur. Uşaqları hər zaman çox sevdim. Hətta nə zaman xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı xəbər və ya sənədli film görsəm , dəli oluram. Mənə təsir edən şey budur. Düşünə biləcəyim hər şeydən daha ağrıverici. Öz uşağım olduğu zaman bunun nə qədər yorucu olacağını bilirdim. Frances dünyaya gəldikdən sonra mənim düşüncə tərzimi, dünyaya baxış nöqtəmi dəyişdirdi. Ona sarılmaq, onu oxşamaq dünyadakı bütün narkotiklərin ən yaxşısının belə verdiyi təsirdən daha yüksək təsir bağışlayır..."
Kurt Cobain uşağına olan sevgisinə görə yenidən müalicə olunmaq qərarına gəlir və bu dəfə ki, cəhdi uğurlu alınır. "Nirvana" qrupu 1992-ci ildə sayca 3-cü albomları olan "Incesticide" albomu yayınladı. Lakin bu albom istənilən dəyərə çata bilmədi. Bəlkə də bundan sonrakı bütün albomları "Nevermind" kimi olmayacaqdı. (olmadı da ) Heroin və dəhşət mədə ağrıları nəticəsin də K.Cobain dəhşət çəki itirmişdi.
"Mədəmə toxunduğu üçün artıq heroin istifadə etmirəm. İstəsəm belə artıq orqanlarım, bədənim qəbul etmir, çünki çox arığam. Bütün narkotiklər vaxt itkisidir. Düşüncəni, özünə olan hörmətini bir sözlə hər şeyi yox edir. Sizə deyə bilmərəm ki, narkotikdən istifadə etməyin. Bu sizin seçiminizlə bağlı bir şeydi, amma öz təcrübələrimə əsasən narkotikin vaxt itkisi olduğunu düşünürəm..."
1993-cü ildə qrup 4-cü albomu olan "In Utero" -nu satışa buraxdı. Albom 3-cü albomdan uğurlu alınsa da yenə kölgə də qalmışdı. Albom-un ərsəyə gəlməsin də isə bu dəfə Steve Albini kömək etmişdi. Müsahibəsində "albomu çalışdıqları qədər "Nevermind"-a bənzətməyə çalışdıqlarını "- ifadə etmişdi. Qrup üzvləri konsert turları keçirtmək haqqında düşündüyü bir vaxt Kurt Cobain-dən tərəfdarlarını üzəcək açıqlama gəldi :
"Həyatda qalmaq üçün son zamanlar da qrupdan olduqca çəkildim. Konsertlərdən sonra partilərə getmirəm və birbaşa otelə gedərək yatıram. Səhər bir şeylər yeməyə fokuslanıram. Bu və bunun kimi şeylərə baş qoşmağa çalışıram. Buna görə qrupdakı dostlarım məni anlayacaq və qərarıma hörmət edəcək. Dəyişikliklər etməyi planlaşdırıram və təkrar sağlamlığımı əldə edib sizinlə görüşəcəm..."
Grohl və Krist , Kurtun açıqlamasına hörmət etdiklərini və onsuz heç bir konsert də iştirak etməyəcəklərini bildirərək qısa bir müddətlik fasilə etdiklərini açıqladılar.
Qrup yenidən bir araya gəldi və 1993-cü ildə Bosniya da təcavüzə uğramış qadınlar, uşaqlar üçün konsert verdilər.
" İnsanlar çox axmaqdır. İnsan olmaqdan utanıram və əgər pis insansan, öldükdən sonra dünyaya milçək kimi gələcəksən və ancaq zibil (shit) yeyəcəksən.."

Artıq son getdikcə yaxınlaşırdı. Bunu hiss edən Kurt Cobain uşağı ilə son dəfə görüşmək istəyirdi. Daha sonra isə həyat yoldaşı C.Love ilə axşam yeməyi yedikdən sonra öz otağına çəkilir. Səhər vaxtı otağında həddindən artıq sakitləşdirici və şərab ilə tapılan Kurt Cobain koma vəziyyətində xəstəxanaya çatdırılır. İntihar cəhdi uğursuz alınmışdı və həkimlərin köməyi ilə komadan çıxmağı bacarmışdı. Bu xəbər həmin günü bütün dünyadan gizlədilməyə çalışılsa da skandal xəbər kimi bütün dünyanın əsas xəbəri kimi gündəminə oturmuşdu. Maraqlananlar üçün onu deyim ki, Kurt Cobain-in aparıldığı xəstəxana "Umberto I Polyclinic Hospital" idi. Burda ilkin müdaxilədən sonra "Rome American Hospital"-a transfer edilmişdi.

Kurt Cobain daha sonra Seattle (Amerika) geri qayıdır və yenidən müalicə almağa başlayır. 18 Mart həyat yoldaşı C.Love polislərə zəng edərək Kurt Cobain-in intihar edəcəyini deyir. Polislər evə gəlsələr də Kurt bunu inkar edir. Və Son.
8 Aprel 1994-cü ildə Kurt Cobain evin də ölü tapılır. Ölümü hər kəsi şoka salsa da günahkar həyat yoldaşı kimi görünürdü. Daha sonralar isə dəlillər sübut oluna bilmədiyindən tarixə intihar kimi daxil oldu. Hətta öldükdən sonra bəzi fanatları tərəfindən son izləmiş olduğu "The Piano" (1993) filminin intihar səbəbi ola biləcəyi fərziyyəsi də ortalığa atılmışdır. Mənbələrə görə Kurt Cobain özünü tüfənq ilə öldürmüşdü. Öldükdən sonra yanın da intihar məktubu tapılmışdır. Öldükdən sonra bədənin də tapılan heroinlə Kurt Cobain-in tüfənqi necə qaldıra biləcəyi və əlləri açıq olmasına baxmayaraq tüfəngdə heç bir əl izinə rastlanmaması cinayət faktorunu çoxaldır. Dəfn mərasimində John Lennon-un "İn my Life" mahnısı çalınmışdır.

Öldükdən bir neçə ay sonra çıxan bu yazı qatilin həyat yoldaşı C.Love olduğu ehtimalını gücləndirdi.
"Sən, Kurt Cobain, Courtney Michelle Love -ı hüquqi olaraq həyat yoldaşın olaraq qəbul edirsən mi, sənin pulunu narkotik və alış-veriş üçün yeyən bir fahişə olsa belə ? "
Amma bu məktubun zarafat məqsədilə yazıldığı iddia edildi və fərziyyə olaraq qaldı. Həmçinin "Kurt&Courtney" (1998) adlı sənədli filmdə "El Duce" (Eldon Hoke) ləqəbli şəxs Kobain-in intihar etmədiyini və öldürüldüyü iddia etmişdir. Hətta "The Mentors" qrupunun barabançısı (drummer) Eldon Hoke Courtney-in ona Kobain-i öldürməsi üçün 50 min dollar təklif etdiyini iddia etmişdir. Kurt Cobain-in qatilinin kim olduğunu bildiyini söyləyən Eldon Hoke bu işi FBI-nın həll etməsini tələb etmişdi. Bu açıqlamalarından 1 həftə sonra Eldone Hoke qatar qəzasında öldümüşdür (öldürülmüşdür).
"The 90s: The Last Great Decade" adlı proqramına qatılan C.Love əslində Kurt Cobain-in şöhrətpərəst biri olduğunu və bütün mahnılarını buna görə yazdığını demişdi. Onun sözlərinə görə Kurt hər zaman rock ulduzu olmaq istəyirdi və buna görə özünə qapalı həyat yaşayırdı. C.Love Kurt öldükdən sonra Edward Norton ilə 4 illik sevgi yaşamışdır. Bu Kurt Cobain tərəfdarlarını həm çox üzmüş həm də çox qəzəbləndirmişdir.
Kurt Cobain öldükdən sonra kredit kartından bir neçə dəfə istifadə edilsə də , həmin şəxs(lər) tapılmamışdır.
Ölümündən sonra Kurt Cobain "The Forever 27 Club"-a daxil edilmişdir. (27 yaşında ölən əfsanələrin bir araya gətirildiyi qəribə bir qrupdur. Amy Winehouse ; Jim Morrison kimi sənətkarlar da bu qrupa daxil edilmişdir)





