O ölmədi göz görə-görə ölümə göndərildi - Amy Winehouse
Arzuların, gözləntilərin, xəyallarınla xoşbəxt yaşayacağını düşünərkən sən ; sənə necə də yaxşı bir həyat yoldaşı, necə də yaxşı bir ana, necə də yaxşı bir işçi , necə də gözəl bir "qoyun" olacağını söyləyən bir çox bünövrəyə söykənmiş universal qanunlardan dəm vururlar və sən maşınım, həyat yoldaşım, işim, zırt-pırtım olsun deyə özünü itirib borc-xərcə girib, kredit kartı ilə bəzənib bu axmaq sistemin bir parçası olduğunun fərqinə varmadan özünü azad bir fərd kimi hiss etdiyində, bütün edə biləcəklərin, etmək istədiklərin, bir zaman var olan xəyallarından nə zaman, hansı vaxt əl çəkdiyini düşünürsən. Ətrafında sənə bunu etməyini təkid edən, altdan-alta beynini sulandırıb ağlını bulandıran o yerləşmiş universal qanunlar və bunlara dayanan media nəticəsində narahat, davakar, xoşbəxt olmayan insanın fərqinə var və ilk dönüşdə həmin yoldan çıx. Cəhənnəmə gedirsən, Amy, həm də dibinə qədər...
Yəqin ki, bir çoxunuz Asif Kapadia-nın 2016-cı ildə "ən yaxşı sənədli film" nominasiyasında Oskar almağı bacaran "Amy" (2015) filmini izləmisiniz. İçərisində hər bir şəxsdən bir parça olan filmdə Amy Winehouse uşaqlıq anlarından son nəfəsinə qədər olan bütün detalları bizə çatdırmağa çalışıb. Filmə baxarkən ağlımdan keçən ilk nüans: "Amy ölmədi, göz görə-görə ölümə göndərildi..." Mahnıların bir çoxu demək olar ki, bioqrafiyadır. O, "Frank" albomu ilə bizə " yaxşı olmadığını" , "kaş bir də spritli içki içməsəm " deyərək, bir sözlə yaşadığı hissləri bizə çatdırmağa çalışdı. Həyat sevgisindən bəhs edən onlarca mahnı bəstələdi. Sənədli filmdə rejissor Amy Winehouse, əslində, bizim kimi adi insandan heç bir fərqi olmadığını göstərməyə çalışdı. Hadisələr, yerləşdirilmiş videolar, səslər hər şey həyatın içindəndir. Filmi izlədikdən sonra düşündüm: Kimdir günahkar ?..Pul üçün hər şey etməyə hazır olan, qızının sevgisindən, şöhrətindən istifadə edən ego sahibi atası Mitchell Winehouse, yoxsa həkimlərin diqqətli olması üçün tənbeh etməsinə baxmayaraq Serbiya konsertini təşkil edən studiya direktoru olan Raye Cosbert ? Bəlkə də günahkar "həyatının sevgisi" adlandırdığı köhnə həyat yoldaşı Blake Fielder idi ? Biz günahkarlar üzərində fikirləşsək də o, daha yoxdur. Artıq bəstələrini Tanrı üçün oxuyur...
Amy Jade Winehouse 1983-cü ildə Londonun şimalında Southgate-də yəhudi ailəsində gözlərini dünyaya açır. Taksi sürücüsü olan atası Mitchell və əczaçı anası Janis Amy hələ doqquz yaşında olarkən ayrılır. Başqa bir sözlə Amy-nin atası Mitchell anasını aldadır və ailəni tərk edir. Psixoloji zərbə alan Amy qardaşı vasitəsilə Frank Sinantra dinləməyə başlayır. Southgate School-a gedən Amy təhsil sahəsində ilk addımı atır. Nəvəsinin istedadını görən Cynthia, Amy-yə, teatr məktəbinə getməyi məsləhət görür. On yaşında sinif yoldaşı Juliette Ashby ilə "Sweet 'n' Sour" adlı ilk qrupunu qurur. Lakin bu qrup rep qrupu olduğu üçün tez bir zamanda dağılır. Daha sonra getdiyi Earnshaw Theater School məktəbindən nizam-intizam qaydalarını pozduğu üçün uzaqlaşdırılır.
13 yaşında ilk gitarını əlinə alan Amy Winehouse mahnılarını bəstələməyə başlayır və həmin dönəmlərdə "Bolsha Band" qrupunun vokalisti olur. Hələ ərgənlik yaşlarına çatmadan qrup vasitəsilə narkotik ilə tanış olur.
"Mən tam soyadım kimiyəm və bunun üçün spritli içki qəbul etməkdən qürur duyuram.."
1997-ci ildə getdiyi Slyvia Young məktəbində "The Fast Show" adlı teatr səhnəsində bir epizod rol alır.
Ərgənlik dövründə Amy bütün gün Michael Jacksonu dinləyir və onunla evlənmək niyyətində olur. Daha sonra Madonna da ifaçının kumirinə çevrilir. 16 yaşında dostu Tyler James vasitəsilə musiqi studiyası ilə ilk müqaviləsini bağlayır . Lakin bu anlaşma uzun çəkmir.
17 yaşında "National Youth Jazz Orchestra"-nın vokalisti olur və bir çox insanın diqqətini öz üzərinə çəkməyi bacarır. Bu dönəmlərdə həyatdakı sevgisi adlandırdığı Blake Fielder Civil ilə tanış olur. Cütlük bir-birindən ayrılmaq istəmir. Lakin bir neçə ay sonra Blake köhnə sevgilisindən ayrılmaq istəmədiyini dilə gətirərək Amy-ni tərk edir. Bərbad vəziyyətə düşən Amy Winehouse depressiyaya düşsə də tez bir zamanda özünə gəlir və 2003-cü ildə Salaam Reminin köməkliyi ilə "Frank" adlı debüt albomu satışa çıxartdırır.
Albom bir anda səs-küyə səbəb olur və bir çox tənqidçilər tərəfindən bəyənilir. Həmin ilin ən çox satılan albomlarından olan "Frank" albomunu Amy çox bəyənmir. 2006-cı ildə "The Sun" qəzetində verdiyi müsahibə də bunu təsdiq edib:
Əslində hər mahnı onun hisslərini ifadə edirdi. Məhz buna görə yazdığı mahnıları dinləmək istəmirdi.
"İstedadlı olduğumu bilirəm amma mən dünyaya mahnı oxumaq üçün gəlmədim. Bu dünyaya yaxşı bir həyat yoldaşı, bir ana, ailəsini qoruyan biri olmaq üçün gəldim..."
Ərgənlik dövründə Amy bütün gün Michael Jacksonu dinləyir və onunla evlənmək niyyətində olur. Daha sonra Madonna da ifaçının kumirinə çevrilir. 16 yaşında dostu Tyler James vasitəsilə musiqi studiyası ilə ilk müqaviləsini bağlayır . Lakin bu anlaşma uzun çəkmir.
17 yaşında "National Youth Jazz Orchestra"-nın vokalisti olur və bir çox insanın diqqətini öz üzərinə çəkməyi bacarır. Bu dönəmlərdə həyatdakı sevgisi adlandırdığı Blake Fielder Civil ilə tanış olur. Cütlük bir-birindən ayrılmaq istəmir. Lakin bir neçə ay sonra Blake köhnə sevgilisindən ayrılmaq istəmədiyini dilə gətirərək Amy-ni tərk edir. Bərbad vəziyyətə düşən Amy Winehouse depressiyaya düşsə də tez bir zamanda özünə gəlir və 2003-cü ildə Salaam Reminin köməkliyi ilə "Frank" adlı debüt albomu satışa çıxartdırır.
Albom bir anda səs-küyə səbəb olur və bir çox tənqidçilər tərəfindən bəyənilir. Həmin ilin ən çox satılan albomlarından olan "Frank" albomunu Amy çox bəyənmir. 2006-cı ildə "The Sun" qəzetində verdiyi müsahibə də bunu təsdiq edib:
"Artıq Frank albomunu dinləmirəm, heç vaxt dinləmək belə istəməmişəm. Həyatımın sevgisini itirdim və gözyaşlarım heç bir zaman qurumayacaq..."
Əslində hər mahnı onun hisslərini ifadə edirdi. Məhz buna görə yazdığı mahnıları dinləmək istəmirdi.
"Heç bir zaman boş bir şeylər yazmadım, yazdığım bütün mahnılar mənimlə bağlı idi. "
Amy Winehouse dünyanın ən böyük musiqi studiyası olan "Universal" ilə müqavilə bağlayır. 2006-cı ildə "Back to black" adlı ikinci albomu satışa çıxarılır. Albomda yer alan "Rehab" mahnısı bir anda böyük səs gətirir. "Rehab" mahnısında: "Bir daha içmək istəmirəm, Sadəcə bir dosta ehtiyacım var. Məni müalicəyə göndərmək istəyirlər.." - deyərək üsyan edirdi. Məhz bu mahnı beynəlxalq mahnı siyahısında yeddinci sıraya qədər yüksəlmişdir. Amy Winehouse 2003-06-cı illər ərzində depressiya yaşadığı üçün həddindən artıq narkotik və spritli içki qəbul edərək böyük ölçü də kilo itirmişdi. Bir anda "Frank" albomunun uğurunu məhv edən bu albom ən çox satan albom olur və həmin il ikinci dəfə "İvor Novello" mükafatını qazanır. Amy 2007-ci ildə BRİT awards-da "ən yaxşı ingilis bəstəkar" nominasiyasınıda qalib gəlməyi bacarır.
"Şöhrətdən həm xoşum gəlir həm də xoşum gəlmir. BRİT mükafatını qazanmaq çox mükəmməl bir şeydi. Lakin media hər şeyi öldürür, məhv edir. Yeni mahnı bəstələməyim üçün öz dünyamda qalmalıyam. Həmçinin digər insanlarlada danışa bilməliyəm. Mənim üçün çətini budur... Mən musiqiçi olmaya dəvam edəcəm. Mən star Amy deyiləm, mən əlində gitar olan Amy olmaq istəyirəm.."
Amy Winehouse artıq sadəcə İngiltərədə deyil bütün dünyada tanınmağa başlamış biri idi. Bu şöhrətdən xoşu gəlməyən Amy Winehouse çox təvəzökar biri idi. Belə ki, konsert üçün getdiyi ölkələrdən iki istəyi olurdu. Birincisi, onu qarşılyacaq maşının "Mercedes" olması, ikincisi qaldığı oteldə bilyard stolunun olması idi. Albomdan sonra həyatının sevgisi olan Blake ilə yenidən barışır. Blake bildiyiniz bir "loser"-du. Heç bir məqsədi olmadan hər gün partilərdə iştirak edib həddindən artıq spritli içki və heroin qəbul edirdi. Cütlük 2007-ci ildə evlənmə qərarına gəlir.
Cütlük medianı sevgiləri ilə zəbt etməyə başlayır. Blake vasitəsilə heroin ilə tanış olan Amy artıq sadəcə sprit aludəçisi deyildi. 2007-ci ilin Avqust ayında dozanı aşdığı üçün xəstəxanaya aparılan Amy Blake-in ona kömək etdiyini dilə gətirmişdi. Həmin il "Sanderson Hotel" də cütlük arasında şiddətli dava olur və cütlük polisə aparılır. Bu skandal uzun müddət İngiltərə mediasını zəbt edir. 2007-ci ilin sonlarında Norveçdə həyat yoldaşı Blake ilə həddindən artıq heroind gəzdirdiyi üçün həbs olunan cütlük pul qarşılığında azadlığa buraxılır. Lakin 2008-ci ildə Blake ona açılan davada günahkar olduğu sübut olunaraq həbs edilir.
"Biri üçün öləcəyimi düşündüyüm adama aşiq olmuşdum. Sevgi narkotikin özü deyil mi..? "
Konsertlər turuna başlayan Amy Winehouse-un ilk dayanacağı Birmingham-dakı "National İndoor Arena"-dır. Bir həftə əvvəl həyat yoldaşı həbs olunduğu üçün çətin günlər keçirən Amy səhnədə istəniləni verə bilmirdi və tamaşaçıları təhqir edirdi. Bu konsertdən sonra rəsmi səhifəsindən "həyat yoldaşı həbs olunduğu üçün çətin günlər keçirdiyini və bundan sonrakı konsertlərin təxirə salındığı" açıqlamasını verir. Daha sonra qısa müddətlik həbs olunan Amy 2008-ci ildə yenidən həbs edilir və Amerika vizası ləğv edilir. Amy Winehouse 2008-ci ildə 5 Grammy mükafatı qazanır. Təəssüf ki, həmin mükafatlandırmada iştirak edə bilmir. 2009-cu ildə adı "Guinness Records" kitabına "ən çox Grammy mükafatı qazanan ingilis bəstəkar" kimi düşür. Bəstəkarın "Love is a losing game" mahnısı isə 2000-ci illərin "ən çox satan ingilis" mahnısı olur.Amy Winehouse 2009-cu ildə Saint Lucia adasına gedir və altı ay müddətində burda yaşayır. Bu zaman işlədiyi studiya yeni albom çıxarışları üzərində işləyirdi. Lakin Amy hələ yorğun olduğunu dilə gətirərək albom işini təxirə salır. Atasına olan sevgisi heç bir zaman azalmayan Amy atasını yanına dəvət edir. Lakin atası tək gəlmir və böyük bir çəkiliş qrupu ilə gəlib qızını narahat edir. Buna görə həddindən artıq narahat olan Amy buranı tez bir zamanda tərk etmək qərarına gəlir. Bu zamanlar həyat yoldaşının onu aldatdığı mövzusu media baş xəbər olur və Amy artıq bu münasibəti dəvam etdirmək istəmədiyi üçün 2009-cu ildə Blake ilə boşanır. Həyat yoldaşı ilə boşandıqdan sonra Reg Traviss ilə birlikdə olmağa başlayır. 2010-cu il Amy üçün sakit keçmişdi və bu cür yaşantıdan razı olsa da musiqi studiyasını onu rahat buraxmır və yeni konsert planları qurur.
2011-ci ildə məcbur şəkildə Avropa turu çərçivəsində konsertlərə başlamaq üçün Serbiya-ya aparılan, Amy, Belqrad havalimanından düşdükdən sonra birbaşa otelinə gedir. Amy Winehouse konsert vaxtına qədər otaqdan çölə çıxmır və hər gün spritli içki qəbul edirdi. Məcbur şəkildə konsertə aparılan Amy artıq xoşbəxt deyildi və ölmək istəyirdi. Konsert boyu mahnı oxumayan Amy tamaşaçıların etirazına səbəb olur. Tamaşaçılar bağıraraq pullarını geriyə istəyir. Əxlaqsız, qəlbsiz, vicdansız insanların dolu olduğu bu konsertdə heç kəs Amy Winehouse düşdüyü bu depressiyanı anlamır və ona dəstək olmur. İnternetdən bir neçə mahnısını dinləyib, albomunu alıb onu sahiblənən bu qədər tamaşaçı pul və sevgi arasındakı balansı pozur və tərəfdarı olduqları Amy Winehouse-a konsert boyunca təhqir edirdilər. Daha sonrakı dayanacaq İstanbul idi. İstanbula gələn Amy qaldığı oteldə qarşısına çıxan hər kəsdən üzr istəyir və onu anlamaqlarını xahiş edir. İstanbul konsertinə bir gün qalmış caz ifaçısı bütün konsertlərini ləğv edir və Londona geri qayıdır.
Ən axırıncı müsahibəsində "Sabah ölsəm xoşbəxt olaram"- demişdi...Amy Winehouse 23 Iyul 2011-ci ildə Londondakı evində ölü tapılır və cəsədi "Golden Green Crematorium" da yandırılır. Cənazədə sevgilisi Traviss çökür və uzun müddət ayağa qalxa bilmir. Amy Winehouse mənim ikinci evim adlandırdığı "The Hawley Arms" adlı barda bir neçə gün matəm elan edilmiş və sevənləri buranı axın-axın ziyarət etmişdi.
Artıq Amy Winehouse "Forever 27 club"-a daxil olan 39-cu sənətçi idi. Jim Morrisson, Kurt Cobain, Brian Jones kimi bir çox ifaçı kimi oda bizi 27 yaşında tərk etmişdi.
2012-ci ildə Atası Mitchell qızının həyatından bəhs edən "Amy, My Daughter" adlı kitabı Amerikada satışa çıxarır. Atası qızının ölümündə keçmiş həyat yoldaşı Blake günahlandırır. Onun fikrincə qızında günah olsa da onu heroinə cəlb edən məhz keçmiş həyat yoldaşı idi.
Amy öldükdən sonra 2011-ci ildə produserı Salaam Remi tərəfindən əvvəlcə qeydə alınmış mahnılarından ibarət "Lioness: Hidden Treasures" albomunu satışa buraxılır.
Rihanna : "Əziz , Amy sən musiqi sektoruna yaxşı dərəcə dəyişdirdin. Əfsuslar ki, çıx qısa dəvam elədi, çox qısa..."
















