Nifrətin, sevginin, müdrikliyin bir nöqtə kənarında - Jim Morrison



"Öldükdən sonra yaşantımız necə görünəcək?
Haqqında film çəkiləcək qədər diqqətçəkicimi?"



 Ən böyük xəyalı film çəkmək olan Jim Morrison, bəlkə də, heç bilmədən həyatını film kimi yaşayırdı. Səkkiz dekabr 1943-cü ildə ailəsinin "Christmas" bayram hədiyyəsi kimi gözlərini Melbourne şəhərində açan Jim Morrisonun həyat axışını dəyişdirən hadisə məhz dörd yaşında ailəsi ilə New Mexico yolu ilə gedərkən susuz çöllükdə qarşılaşdığı hadisədir. Oliver Stone- un çəkmiş olduğu "The Doors" filminində açılış səhnəsi olan hadisə qəzaya uğramış avtomobilin içindəki insanların ölüm və həyat arasında qaldığı incə xətt ilə çəkilmiş çarəsizliklərini göstərir. Həmin hadisələr şairin həyatında dərin izlər qoyur. Belə ki, "Morrison Hotel" albomuna daxil olan "Peace Frog" adlı mahnı bu hadisə haqqındadır:

"Ölümü ilk kəşf etdiyim an... Mən, atam, anam, babam və nənəm Günəşin batdığı bir vaxtda çöllük yolla gedirdik. Bir kamazdolusu "American İndian" qəza etmişdi və magistral yolda qanlar içində ölümü gözləyirdilər. Atam və babam avtomobili saxlayıb hadisəyə baxmaq üçün düşdülər. Uşaq olduğum üçün avtomobildə gözləməli idim. Birdən yerdə yatan insanların da hadisə haqqında mənim kimi heç nə bilmədiklərini hiss etdim. Qorxunu həyatımda ilk o vaxt hiss etdim."

   Jim Morrisonun etnik kökəni şotland, irland və ingilis idi. Ailəsi tez-tez evlərini dəyişdirdiyi üçün "Lizard King" ləqəbli Morrison uşaqlıq illərinin yarısını San Diegoda keçirib. Daha sonra Virginia ştatına köçən ailənin ən böyük oğlu Jim Morrison "Fairfax County Elementary School"u bitirdikdən bir neçə ay sonra atası öz işi ilə bağlı yenə yerini dəyişmək məcburiyyətində qalır. Ailə 1952-ci ildə Kingsville, Texasa köçür. O, məktəb illərini "Charles H. Flato Elementary School"da davam etdirir və daha sonra ailə Albuquerque, New Mexicoya, ordan da San Diegoya köçür. 1957-ci ildə "Alameda High School "da oxumağa başlayan Jim Morrison, nəhayət, orta məktəbi 1961-ci ildə Virginia ştatında "George Washington High School"da başa vurur.


"Şiddət hər zaman pis bir şey deyil. Pis olan şiddətə qarşı hiss edilən ehtirasdır."
 "Love", "Beach Boys", "Kinks" ən sevdiyi qruplar olan Jim Morrison tez-tez Elvis PresleyFrank Sinantra dinləyirdi.

 O, ədəbiyyata olan heyranlığını heç bir zaman gizlətmirdi. Burroughs, Jack Kerouac, Allen Ginsberg, Ferlinghetti, Charles Baudelaire, Frans Kafka, Balzac və Jean Cocteau kimi yazarlar Morrisonun ilham qaynağı olmuşdur. Ədəbiyyat müəlliminin sözlərinə görə:

"Jim sinifdəki bütün uşaqların hamısından daha çox kitab oxuyurdu. Sanki evində kiçik kitabxana var idi. Lakin oxuduğu kitabların çoxu qeyri-adi idi. Onun "demonology" (16-17-ci əsrlərdə şeytanlara inanc) haqqında kitab oxuduğuna dair şübhələrim var idi..."


  Jim Morrison 1962-ci ildə Florida State University də oxuduğu illərdə futbol oyunu zamanı sərxoş şəkildə etdiyi zarafatlara görə həbs olunur. 1964-cü ildə Los-Angelesə köçən Jim Morrison "University of California"da oxumağa başlayır. Ən sevdiyi aktyor və aktrisa Jack Palance və Sarah Miles olan Jim Morrisonun ən böyük xəyalı isə film çəkmək idi. University of California-da film sahəsində təhsil alarkən "HWY: An American Pastoral " adlı 50 dəqiqəlik ilk filmini çəkir. Bakalavr təhsilini bitdikdən sonra Jim Morrison Los Angelesin ən gözəl çimərliklərindən olan "Venice Beach"Ray Manzarek ilə təsadüfi şəkildə tanış olur və şair "Moonlight Drive" adlı mahnını Ray Manzarekə oxuyur. Təsirdən çıxa bilməyən R.Manzarek 1965-ci ildə Jim Morrison və əvvəlcədən tanıdığı tələbə yoldaşları Robby Krieger John Densmore ilə "The Doors" qrupunu yaradır. Robby Krieger qrupa qoşulmadan altı ay öncə elektron gitar çalmağa başlamışdır. Qrupun adı isə Aldous Huxleyin "The Doors of Perception" kitabına xitabən seçilmişdir.

"Qapıların arxasında bilinən və bilinməyən gərçəklər vardır. Qapı aralandıqda və hər şey təmizləndikdə ortaya sonsuz olan bir insan çıxacaq..."




"Seks və yalanlarla dolu bədən
Reallığı görməyə çalışsa da,
Qanunlarla basdırılmış olduğundan
Bacara bilmir!
Bədənlərimizi sözlərlə şikəst edirik,
Cəmiyyət, həqiqətən, hiss etdiyimizi
Söyləməməyin uğur olduğunu
Öyrətmiş bizə"
  Qrupun 1967-ci ildə "The Doors" adlı ilk albomu işıq üzü görür. Albomun ən rəğbət görən parçası Billboard siyahısında ilk sıraya qalxan qrup üzvü Robby Krieger tərəfindən yazılmış "Light My Fire" mahnısıdır. Albomun ən diqqət çəkən mahnısı isə "The End"dir. Qrup, System of a Down, Buffalo Springfield, Steppenwolf, Johnny Rivers, Guns N' Roses, Linkin Park kimi ulduzların başlanğıc nöqtəsi olan "Whisky a Go Go" (West Hollywood, CA) adlı gecə klubunda albomunu təqdim edir. Bir anda partlayış edən və ölkə daxilində 20 milyondan çox satılan albom Rolling Stone-un "the greatest 500 albums of all of time" adlı siyahısında 42-ci sıra yeri tutur.

"Father? -Yes, son? -I want to kill you!

Mother -I want to fuck you!"


  Ray Manzarek "The End" mahnısının çox səs-küyə səbəb olmuş bu sözlərini belə izah edir:

"Jim Morrison səsi ilə geniş yayılmış Freudian tendesiyasına və eyni zamanda Oedipus Complex (oğlan fərdin atasından zəhləsi getməsi və anasına qarşı bəslədiyi hisslər ilə ona aşiq olması) dəstək olmaq istəyir. O, bunları öz ana-atasına qətiyyətlə etmək istəmir. J.Morrison, Florida State University-də oxuyarkən həmin mövzu üzərində çox işlədiyi üçün bu mahnı ilə onlara dəstək olmaq istəyib. Həyat bir teatrdır və o, yunan mifologiyasını yenidən canlandırmaq istəyib."

  Fasilə vermədən qrup 1967-ci ildə "Strange Days" adlı ikinci albomunu çıxarır. Kommersiya baxımdan uğurlu olan albom "People Are Strange""Love Me Two Times" mahnıları ilə diqqət çəkməyi bacarır.


"Bura qədər, gözəl dostum,
bura qədər, tək dostum.
Hərtərəfli qurduğumuz planlar bura qədər,
başqa nə var idisə, bura qədər.
Gözlərinə baxmayacam bir də
nələr olacağını düşünə bilirsənmi?
Belə sərhədsiz və azadca,
ümidsiz bir ölkədə.
Ümidsizcə... Bir yadın əlinə möhtac!
Bura qədər, gözəl dostum,
bura qədər, köhnə dostum,
bura qədər, laqeyd dostum,
bura qədər, tək dostum,
buraya qədər...
İncidir məni - səni buraxmaq,
amma məni izləməyəcəksən artıq.
Gülüşlər və şirin yalanlar bura qədər,
ölməyə çalışdığımız gecələr bura qədər.
buraya qədər"
   Qrup 1968-ci ildə sayca 3-cü olan "Waiting For The Sun" albomunu satışa buraxır. Albomun sadəcə "Hello, I Love You" mahnısı diqqət çəkir və "Light My Fire" mahnısından sonra "Nömrə 1" olmuş ikinci və son "Doors" mahnısı olaraq tarixə keçmişdir. Mahnı bir çox jurnalist tərəfindən tənqid edilmişdir. Jim Morrison mahnının sözlərini universitetdə oxuyarkən xoşuna gələn bir qıza xitabən yazmışdır. Mahnının diqqət çəkən cover versiyası İranın "Bob Dylan" ləqəbli sənətkarı Mohsen Namjoo tərəfindən səsləndirilmişdir.


"Lizard King" ləqəbli Jim Morrison konsertlərinin birində bu ləqəbi seçməsinin səbəbini belə açıqlayıb:

"Kərtənkələlər dünyadan tamamilə yox olsa da, ekosistemdə heç bir dəyişiklik olmur və buna görə də kərtənkələlər tamamilə azad heyvanlardır, buna görə də özümü onların kralı elan edirəm..."
  Qrup 1969-cu ildə növbəti albomu olan "The Soft Parade"i satışa buraxır. Albomda ən diqqət çəkən parça Robby Kriegerin yazmış olduğu "Touch Me" əsəridir. Ən qəribə və anlaşılması çətin olan parça isə Jim Morrisonun üç fərqli səs işlətdiyi "The Soft Parade"dır. O, ölməyə qarşı olan istəyini belə ifadə edirdi :
"Bir təyyarə qəzasında ölmək istəmərəm. Yatarkən və ya yüksək doza çəkərkən də ölmək istəmərəm... Ölməyin necə bir şey olduğunu hiss etmək istəyirəm. Onu dadmaq , iyləmək, duymaq istəyirəm. Ölüm bizə sadəcə bir dəfə gələcək və o hissi qaçırmaq istəmirəm."



  1969-cu il "The Doors" üçün yaxşı keçməmişdi. Phoenix və Long İsland konsertlərində tamaşaçını üsyana qaldırdığı üçün tutulan Jim Morrison daha sonra 1969-cu Miami konsertində təxminən 12 minlik tamaşaçıya konsert verərkən özündən çıxır və səhnədəki alətləri qırdıqdan sonra tamaşıçılara çevrilərək cinsiyyət orqanını göstərir və masturbasiya etməyə başlayır. Etdiyi ekstermal hərəkətlər
izləyiciləri tərəfindən xoş qarşılanmasa da, Morrisonun hər zaman işlətdiyi söz yadlarına düşür:


"Mən "Mərtənkələ Kral"am və hər şey edə bilərəm..." (I'm Lizard King and I can do anything")


 Qrupun bundan sonrakı bütün konsertləri ləğv edilir və ölkə daxilində bütün mahnıları qara siyahıya alınır. Məhz bu hadisələrə görə bir neçə ay sonra işıq üzü görən "The Soft Parade" gözlənən təsiri bağışlamır. Jim Morrison 10.000 $ verdikdən sonra şərtli olaraq azadlığa buraxılır. "Morrison Hotel" adı verilən növbəti albom 1970-ci ildə işıq üzü görür. Albomda ən diqqət çəkən mahnılar "Roadhouse blues""Peace Frog" idi. O, "Peace Frog" mahnısı ilə həbs olunduğu vaxtlara toxunur. Qrupun ən çox "blues" yüklü mahnıları məhz bu albomda yer alır. Jim Morrison artıq həddindən artıq yüksək dozalı narkotik istifadə etməyə başlamışdı. Jim Morrisonun tərkibində olduğu "The Doors" qrupunun son albomu isə 1971-də "La Woman" adı ilə işıq üzü görür. Albom işıq üzü gördükdən sadəcə üç ay sonra Jim Morrison Parisdə ölür. Albomdakı ən diqqət çəkici mahnı "Love Me Hardly"dir. Lakin bu mahnı da istənilən səviyyəyə çata bilmir. 1970-ci il 20 Sentyabr tarixində Miami hadisələri baş verir. Belə ki, Jim Morrison konsert günü dəhşət çox içmişdi və içkili vəziyyətdə səhnəyə çıxan Morrison tamaşaçıları təhqir edir, onları soyunmaqla təhdid edir. Lakin soyunmur. Polislər dərhal şairi həbs edir. Beləliklə, Jim Morrison səhnədə həbs olunan ilk sənətkar olaraq tarixə keçir. 21 ştatda səhnəyə çıxmasına qadağa qoyulan Morrison altı aylıq həbs cəzası ilə yarğılanır. Günahkar elan edilən Morrison qərara etiraz edib cavabı gözləyərkən Pamela Curson ilə ən çox sevdiyi Parisə yola düşür.

3 İyul 1971-ci ildə Jim Morrison kiraladığı mənzilin vannasında ölü tapılır. Ölüm səbəbi kimi həddindən artıq narkotik maddə qəbul etdiyi üçün ürək tutması göstərilsə də, Jim Morrisonun qanında heç bir narkotik maddə tapılmaması ölümünü özü qədər sirrli saxlayır. Jim Morrison Parisdə Eugene Delacroix, Georges Bizet, Edith Piaf, Oscar Wilde, Miliere, Jean de La Fontaine, Auguste Comte, Balzac, Chopin, Yılmaz Güney, Ahmet Kaya və bir çox məşhurun dəfn edildiyi "Pere Lachaise" məzarlığına dəfn edilir. Əgər Parisə yolunuz düşsə və məzarlığı ziyarət etmək istəsəniz, çalışın ki, 2-2.50 avroya qəbirstanlıq xəritəsi satın alın. Çünki qəbirstanlıq həddindən artıq böyükdür. Jim Morrisonun məzarı Parisdə Eiffel və Louvre müzeyindən sonra ən çox ziyarət olunan yerdir.


 Qrup Jim Morrison öldükdən sonra davam etsə də heç bir zaman onun təsirindən çıxa bilmədi və əvvəlki imicini itirdi. Jim Morrisonun ölüb-ölmədiyi hələ də rəvayət kimi qalmaqdadır. Yaxın dostu Ray Mazarek "onun ölmədiyini və otopsi edilmədiyi"ni iddia etmişdi. Həmçinin, məzarının çox kiçik olduğunu iddia edən sevənləri də onun ölümünü qəbullanmır. Bir gün Ray Manzarek onun həyatını qısa olaraq belə şərh edirdi:

"O, quyruqlu bir ulduz olmaq istəyirdi. Hər kəsin durub baxdığı, bir-birinə göstərdiyi quyruqlu ulduz. Sonra "booom"...! Və yoxa çıxdı. Onu sevənlər bir də belə bir şey görməyəcək və onu heç bir zaman unutmayacaqlar"


  Ray Manzarekin digər iddiası isə Jim Morrison ilə Parisə gələn sevgilisi Pam ilə əlaqədar idi. Onun sözlərinə görə, Pam Morrisona narkotik əvəzi heroin vermişdi və bunun qarşılığında Morrison qan qusmuşdu.
 Jim Morrison öldükdən sonra qrup dostları tərəfindən 1978-ci ildə yazmış olduğu şeirlərindən ibarət kitabı nəşr olundu. "An American Prayer " adlı şeirlər toplusu, həmçinin, "The Doors" qrupunun sayca 9-cu albomu idi.

"Ulduzlar altında yavaş irəliləməyinin fərqindəsənmi?

Yaşadığımızı bilirsənmi?
Krallığın açarını itirdinmi?
Həqiqətən, dünyaya gəldinmi,
Yaşadıqların bir həqiqətmi?
Gəl, tanrıları yenidən yaradaq!
Ulu atalarımız meşədəki ağacların yamacında gülüşür,
Analarımız isə dənizdə ölü yatır.
Soyqırıma aparıldığımızın fərqindəsənmi?"



  Jim Morrisonun yazmış olduğu şeirlər toplusu daha sonra " The Lords and the new creatures" adlı kitabda nəşr olundu. Kitabda nəşr olunan şeirlərin bir çoxu sevgilisi Pamelaya xitabən yazılmışdır. James Blunt mərhuma xitabən "So long Jimmy" mahnısını bəsləmişdir.

"Kamera hər şeyi görən bir tanrı olaraq müdriklik arayışımızı təmin edir. Bu baxış açısından başqalarını izləmək və onları cəzanlandırmaq bacardığımız ən yaxşı şeydir."







Popular posts from this blog

Yaşadığınız şəhərdə çəkilmiş əfsanəvi filmlər - Roma