Melanxolik gecələrin Carpe Diem’i - Tom Waits
Radio yayımların birində öz mahnıları haqqında
nə düşünürsən deyə sual soruşulmuşdu. Qarşılığında mahnılarımı uşaqlarım dinləsə psixoloqa apararam demişdi. Yaralı insanların, hər şeyi atıb getmək istəyənlərin, həyata tutuna bilməyənlərin, bir sözlə melanxolik gecələrin Carpe Diem'i olan Thomas Alan Waits 7 Dekabr 1949-cu ildə Kaliforniya ştatının Ponoma bölgəsində gözlərini bizlərə açmışdır.
Əzik insanların əlifbası, getdikcə artan insan fobiyamızın, küçədə əzilənlərin, yağış yağarkən bir kənarda islanmamaq üçün çabalayan evsizlərin sözcüsü olan şair, bəstəkar, aktyor kasıb bir həyat sürmüşdür. Atası gecə klublarında qapıçı işlədiyi üçün bəzi gecələr onunla gedər və səhnə alan hər kəsi heyrətlə izləyərdi. Bing Crosby və Cole Porter dinləməyi sevsə də, onun üçün Bob Dylan başqa bir dünya idi. Ağlına düşən cümlələri unutmamaq üçün özü ilə hər zaman kağız-qələm gəzdirən Tom Waits təhsil ala bilməmişdir.
"...o pianonu tapan günü həyatımı əfsanə kimi yaşacağıma dair özümə söz vermişdim və elə də oldu..."
Artıq səhnə almağa başlayan Tom bir
çoxları tərəfindən ilk başlar çətinliklə anlaşılsa da bir gün Troubadour
klubda Herb Cohen tərəfindən kəşf olunur. Artıq Tom
Waits'i bütün Amerika tanımalı idi və bu minvalla 1973-cü ildə "Closing
Time" adlı ilk albomu işıq üzü görür. Albom çox az satsa da bir
çox kritiklər tərəfindən xoş qarşılanır. Xırıltılı səsi, özünə xas üslubu ilə
bir çox insanın diqqətini çəkməyi bacaran Tom Waits "The
Heart of Saturday Night" adlı növbəti albomunu satışa buraxır.
İlk albomuna nisbətən daha uğurlu olan Tom bir neçə şəhərdə konsertlər təşkil
edir və Los-Angeles konserti onun üçün uğursuz alınır və izləyici kütləsinin
hücumuna məruz qalır. Daha sonra canlı performanslarından ibarət hazırlamış olduğu "Nightwalks
at the dinner" albomu 1976-cı ildə satışa buraxılır. Lakin bu digər
iki albomdan daha çox tənqid olunur və dinləyici kütlənin qəzəbinə tuş gəlir.
Daha sonra Avropada konsert verməyə başlayan Tom Waits
"Small changes" adlı növbəti albomunu 1976-cı ildə satışa
buraxır və bir növ özünü əfv etdirməyi bacarır. Çünki bu albom digərlərinə nisbətdə
daha uğurlu alınır. Daha sonra ardıcıl olaraq 1977-ci ildə "Foreign
Affairs" və 1978-ci ildə "Blue Valentine" albomlarını
satışa buraxan Tom Waits həddindən artıq içki və siqarət aludəçisi
olur. Bu zamanlar tanış olduğu məşhur yazarlardan olan Charles Bukowski onun
sənət həyatına müsbət təsir edir.
Həyatında yeni bir mərhələ başlayan Tom 1978-ci
ildə Slyvester Stallone'nin "Paradise Alley" filmindən
təklif alır və özünün aktyorluq qabiliyyətini izləyicilərə çatdırır. Bundan
sonra bir neçə rejissor film musiqiləri üçün onunla əlaqə saxlayır və Francis
Coppala ilə razılığa gələrək 1980-ci ildə "One from the
Heart" filminin musiqilərini hazırlayır. Musiqilər həddindən
artıq çox bəyənilir və Oskara Nominasiya göstərilir. Əvvəldə dediyim kimi bu mərhələ
onun həyat döngəsi idi və bu illərdə Kathleen Brennan ilə
tanış olur.
O mahnı, bu mahnı deyərkən qarşımıza Frank kimi
çıxdı və Frank 1980-ci ildə tanış olduğu Kathleen
Brennan ilə evləndi. Sakit biri kimi tanınan qəhrəmanımız içindəki
bütün çətinlikləri bizə Frank ilə anlatmağa çalışdı. Obrazımız
Bukowski'nin "Chianski" obrazına bürünmüşdü. Getdikcə
məhv olan və asosyal həyat yaşamağa başlayan Tom Waits
"Swordfishtronbones" ilə Frank'dan necə əl çəkdiyini
bizə anlatmağa başlayır. Qəhrəmanımız, San Fernando Road'da ikinci əl mobil əşyaları
satan sıradan biridir. Kredit almış və onun pulunu ödəməyə çalışan sistem qulu
və bununla əyləncəsini itirmiş bir əzikdir. Almış olduğu kredit sayəsində
doğulduğu Kaliforniyada kiçik bir ev almışdı özlərinə və həyatı çox
dava-dalaşlı keçməyən Frank xoşbəxt deyildi. Carlos adlı
bir itləri var idi. Xoşbəxt görünməyə çalışsa da, artıq o da sıradan qul idi.
Bir gün işdən evə qayıdarkən marketin qabağında dayandı və sərxoş olacaq qədər
whiskey aldı. Daha sonra isə yaxınlıqdakı yanacaq məntəqəsinə gedərək bir neçə
gallon benzin alıb evə getdi. Benzini evə töküb, yanmağını izləyərkən qəhqəhə çəkib
gülürdü. Daha sonra maşına minib şimala doğru getdi və o, həqiqətən də o iti
sevməmişdi. Beləliklə Frank və macərasını anladan "Frank's
wild years" adlı albomu 1987-ci ildə satışa buraxılır.
Daha sonra Jim Jarmusch ilə tanış olan Tom Waits Lee Marvin filmini izləmək məqsədilə görüşür. Bu görüşdən sonra The Sons of Lee Marvin adlı qrupu qursalar da bu qrupun ömrü çox çəkmir.
Bu dönəmlərdə bir neçə filmdə iştirak edən və mahnı bəstələyən Tom Waits alman rejissor Robert Wilson ilə tanış olaraq onunla işləmək şansı tapır. Waits, William S. Burroughs-un opera mətnlərinin bəstələrini edir Robert Wilson isə rejissorluğunu edirdi. Bu üçlü 1993-cü ildə “The Black Rider” albomunu satışa buraxır.
Qəhrəmanımız 1980-ci ildə evləndiyi həyat yoldaşı və üç uşağı ilə Sonoma, Kaliforniyada xoşbəxt bir həyat yaşamaqdadır.







