Tanrı və dövlət məğlubedilməz komandadır - Luis Bunuel


"Siyası kinomotoqrafiya məni maraqlandırmır. Heçbir zaman xalqa verəcək bir mesajım olmadı, nəyin necə edilməli olduğunu heç vaxt göstərmədim.Onsuz da tamaşaçı mənim vecimə deyil. Etdiyim bütün hər şeyi özüm, dostlarım, dostlarımın dostları üçün etdim. Buna görə də kinomun kimə xitab edəcəyi, kimə xitab etdiyini ya əvvəlcədən ya da sonradan bilmirəm."

1900-cu ildə İspaniyada dünyaya gələn Luis Bunuel kino tarixinin öndə gələn ssenarist və rejissorlarından biridir. Surrealism-in öndə gələn isimlərindən olan L.Bunuel anarxist olduğu üçün bir çox çətinliklər görmüşdür. Qəribədir ki, varlı ailədə doğulan Bunuel öz kinolarında burjua sistemini xeyli tənqid etmişdir.


"Monoton dəyərlərə, ənənəvi xəyallara, duyğusallığa, cəmiyyətin bütün əxlaqi pisliyinə qarşıyam. Burjua əxlaqi mənim üçün əxlaqdan kənardır; Çünki ədalətsiz qurumlara dayanıb. Din, əxlaq, süni və ikiüzlü bir əxlaq..."
   17 yaşında Madrid Universitetinə daxil olan Bunuel özü kimi məşhur simalara çevrilən Salvador Dali və Federico Garcia Lorca ilə burada tanış olar. Təhsilini daha sonra Parisdə dəvam etdirən Bunuel burada surrealism ilə tanış olur və bu axının öndə gələn simalarına çevrilir.
   Kino həyatına Salvador Dali ilə birlikdə yazmış olduğu 2 qısa metrajlı film ilə başlayır. Həmin filmlər "Un Chien Andalou (1929) " və L'Age d'Or (1930) filmləridir. "Un Chien Andalou" filmində insanları şok edib narahat edəcək səhnələr mövcud idi. Belə ki, bir qızın gözü lezva ilə ikiyə ayrılırdı. Bunun kimi bir neçə səhnə insanları çox narahat etmişdi. Buna görə də həmin filmlər izləyiciləri şok etdiyi üçün həmin gün qadağan qoyulur. Artıq Bunuel adını az da olsa eşitdirə bilmişdir.


     Bunuel, bir neçə filmində həmçinin dini də tənqid etmişdir. Ateist olduğunu açıq şəkildə müsahibələrində dilə gətirmişdir :
" Dinə qarşı kəskin bir baxış nöqtəm yoxdur. Dinin içində böyüdüm. Belə deyə bilərəm bəlkə; Tanrı sayəsində Tanrı-nı tanımaz oldum...Tanrı-nı insanlarda axtarmaq lazım olduğunu düşünürəm. Tanrı-ya şükür olsun ki, mən bir ateistəm..."
    Ssenarist, Los Hurdes (1933) filmindən sonra bir neçə müddət yoxa çıxır. Buna səbəb öz azadlığını axtarması idi. Bu müddət ərzində Chaplin vasitəsi ilə Nyu-York şəhərinə gedərək muzeydə işləməyə başlayır. Lakin köhnə dostu S.Dali onu kommunist adlandırdığı üçün işindən qovulur. Buna baxmayaraq, Bunuel Dali-nin dünya görüşünə qarşı duyduğu hörməti hər zaman dilə gətirib. Bundan başqa A.Tarkovsky Bunuel-ə qarşı hiss etdiyi heyranlığı bir neçə dəfə dilə gətirmişdir.


   Bundan sonra bir çox iş təklifini geri çevirən Bunuel Oscar Danzigers -in təklifini qəbul edərək Meksikaya gedir və Meksikanı ikinci vətəni adlandırır.  Los Olvidados (1950) filmi ilə Cannes Film Festivalında mükafat qazanır. Daha sonra isə Belle de Jour (1967) filmi ilə Venice Film Festivalında mükafat qazanmağı bacarır. Həmçinin bu film rejissorun ilk rəngli filmi olaraq tarixə keçmişdir. Lakin bu film həmin il müəllif hüquqları adı ilə satışdan çıxarılır. Filmi izləmək üçün tamaşaçılar 27 il gözləməli olurlar. Filmin satışına 1994-cü ildən sonra icazə verilib.


   Bir çox rejissor kimi Bunuelin də sevərək işlədiyi aktyorlar var. Hansı ki, bunlardan biri Fernando Rey-dir. Cet obscur objet du désir (1977) və Le charme discret de la bourgeoisie (1972) filmlərinə görə Oskarda nominasiyaya namizəd olsa da qazana bilməmişdir. 1977-ci ildə isə çəkmiş olduğu son filmi ilə bu işi buraxdı və bir daha kino ssenarisi yazmadı.1983-cü ildə Mexico City-də vəfat etmişdir.
" God and country are an unbeatable team; they break all records for oppression and bloodshed." (Tanrı və dövlət məğlubedilməz komandadır. Zülm və qırğın üzərinə bütün rekordları qırıblar")

Popular posts from this blog

Yaşadığınız şəhərdə çəkilmiş əfsanəvi filmlər - Roma