Popular posts from this blog
Full Metal Jacket Film Analizi
Yaşadığınız şəhərdə çəkilmiş əfsanəvi filmlər - Roma
Salam , əziz oxucularımız, sizi bu dəfə yaşadığınız şəhərlər də çəkilmiş əfsanəvi filmlər ilə tanış etmək istəyirik. Yeni başlıq da ilk dayanacaq Roma-dır. Fedirico Fellini, Michelangelo Antonioni, Bernardo Bertolucci, Vittorio De Sica, Luchino Visconti və saymaqla bitməyəcək əfsanəvi rejissorların , o cümlədən yaşadığım şəhər olan Roma-nı ilk dayanacaq seçməyim məhz buna görədir. Sizə bu başlıq altında bir çox film haqqında ətraflı məlumat vermək istərdim. Amma vaxt məhdudiyyəti və bəzi şəxsi nüanslara görə sizə başlanğıc olaraq 4 filmi təqdim edəcəm. Sözü çox uzatmadan ilk film ilə başlamaq istəyirəm. An American in Rome ( 1954 ) Orijinal adı : Un Americano a Roma Rejissor : Steno İMDb xalı : 7.1 Yazarın dəyərləndirməsi : 7.5 Əslində Roma-nı səyahət etməyən insan üçün bu film sıradan gələ bilər. Çünki filmin İMDb xalı ortadır və az insan tərəfindən tanınmaqdadır. Lakin bu film istər italyanlar üçün istərsə də ...




