José Saramago - Blindness [Kitaba ön baxış]
Kitabı ifadə etməkdə çətinlik
çəkirəm çünki kitabı oxuyanlar mənə haqq verəcək qadınların yemək uğruna etdikləri
və gördükləri zorbalıq hissəsi məni həqiqətən məhv elədi və nə yalan deyim, o
hissədən sonra kaş oxumağı dayandırardım və bir neçə gün həzm edərdim. Saramago-nun
oxuduğum ilk kitabı həcm olaraq 340 səhifə olsa da, anlamaq və çətinlik
baxımdan 500-600 səhifəyə dəyərdi. Yazarın stili qəribədir və dialoqlar
bir-birindən sadəcə vergüllər ilə ayrılıb. Bir anlıq yorğunçuluq və fikir
yayınması ilə anlaşılmazlıqlar ortaya çıxır. Kitabın adı korluq bildiyimiz kimi
insanın görmə funksiyasını itirməsidir. Görəsən ətrafımızda olan neçə kor
insana diqqətli davranırıq? Lakin bu korluq aysberqin görünən hissəsidir və biz
aysberqin aşağı təbəqisinə portuqal yazar vasitəsilə enməyə başlayırıq.
“baxa
bilirsənsə gör, görə bilirsənsə fərq et…”
Heç bir insan, məkan adı istifadə edilmədiyi
üçün həqiqətən də anlatması biraz çətin ola bilər. Amma yaşadığım bugün ki, vəziyyətdə
düşünə-düşünə qaldım görəsən həkimin yoldaşı və yaxud hər hansı biri olsun bu qədər
fədakarlıq etməyə, yaxşılıq etməyə dəyərmi? Bir heç uğruna və zamanla silinəcək,
yox olacaq və etdiyin yaxşılıqlar sıradan bir vəziyyətə çevriləcək. Bəs nə üçün
yaxşılıq edirik? Bəşəriyyət üçün? Əgər bu cəmiyyətin formasına yaxşılıq bir
zorbalıqdısa nəyə görə bir fərd bunun uğruna vuruşmalıdır? Günü-gündən insani
duyğularımız hissiyatlaşır və möcüzəvi varlıqlar kimi hər rejimə formalaşıb
ayaq uydururuq və onun parçası kimi davranırıq istəsək də istəməsək də. Çünki
ilk öncə mədəmizi doldurmalıyıq və boş bir mədə hər zaman insanı ən təhlükəli
varlığa çevirə bilər və boş bir mədə heç bir zaman insanı məntiqli düşündürə
bilməz. İnsanların bir-birini əzməsi, rəqabət içində olması daha yaxşı bir
rifah daha yaxşı bir həyat kimi görünsə də əslində belə deyil. Tək məqsədimiz
ac olan mədələri doldurmaq və gün keçdikdə dahasını əldə etmək. Burjua heç bir
zaman içində dəyişməyib sadəcə geyindiyi libası dəyişib bu isə hər zaman onu fərqli
göstərməyə kifayət edib.
Yuxarıda aramızdakı təbəqələşməni göstərdikdən
sonra bu təbəqləşmənin getdikcə yox olduğu və insanların ilk insan tiplərinə
dönüşməyə başladığı distopiya janrında bir təcrübədir bu kitab. Modern həyatımızda
texnologiyanın inkişaf etdiyi bir zamanda hər şeyin yavaş-yavaş məhv olmağa
başladığı amma məhv olduqca qazandığımız dəyərləri də itirdiyimiz bir dünyadır.
İlk insan kor oldu. qarşımızda isə bu korluğu anlaya bilməyənlər və bu
korluqdan istifadə edən insanlar var. Artıq bütün cəmiyyət təhlükədədir. İnsanlıq
təhlükədədir və artıq məhv olmamaq üçün heç bir səbəb yoxdur. Əgər sözün əsl mənasında
insan kimi yaşa bilmiriksə, ən azından heyvan kimi yaşamamaq üçün əlimizdən gələni
edək - deyirdi porqutal yazar. Rousseau-nun
dediyi kimi bir zamanlar insanlar küçələrdə dahi kimi düşünə bilirdi yəni
insanlar özünü və cəmiyyəti sorğulaya bilirdi lakin bunu indi etdiyini düşün?
bir maşının altında qalarsan. Saramago-nun yaratmış olduğu bu xaos ilə birlikdə
insanlar təkcə maşın altında qalmırdı, dəyərləri o günə qədər hörmət etdikləri
özləri belə məhv olurdu. Amma nə xoşbəxtlik nə də bəxbədxlik sonsuza qədər dəvam
etmədiyi kimi bu xaosda uzun çəkməyəcəkdi. Amma ən azından bizə bir şeylər öyrətməli
idi. Öyrənməli idik. ruhsuzlaşırıq, bir-birimizi tənqid edərkən belə ruhsuzca,
hiss etmədən, qarşımızdakını əzərək, təhqir edərcəsinə qalib gəlməyə çalışırıq.
Halbuki gözlərimiz içimizin bir aynasıdır və içimizi göstərən tək elementdir. Bəs
bu gözlər tək-tək kor olsa? indi ki, zamanda kor olan insanlar yoxmu ? Var amma
ən azından biz gördüklərimizlə onlara hisslərimizi çatdıra bilirik və onlar
hiss edir. Lakin tək-tək görmə funksiyamızı itdiyi zaman hisslərimizdə məhv
olur. Bir insan məni görmədi rahatlıqla oğurluq edə bilərəm və yaxud kimsə məni
görmürsə tez-bazar artıqlarımı bir yerə atım. Bəs bütün insanlıq görməsə nə
olar?
Kitab portuqal yazara nobel mükafatı
qazandırıb və bu yazara başlamaq üçün ən ideal kitab olduğunu düşünürəm. Həmçinin
kitab haqqında 2008-ci ildə Blindness adlı
kino da çəkilib. Yoxsulluqla və daha yaxşı yaşamla gedib-gələn və heç cürə
vaxtı olmayan insanlar ən azından filmə göz atsın.
